“Macarıstandan gələn əlavə qaz satışı gəlirləri Rusiya üçün nisbətən əhəmiyyətsizdir”.
Bunu Enews-a açıqlamasında britaniyalı ekspert Neil Vatson Qazpromun bu qış Macarıstana daha çox qaz göndərəcəyi ilə bağlı yayılan xəbərə münasibət bildirərkən deyib:
Xəbərdə qeyd edilib ki, “Qazprom” PJSC-nin baş icraçı direktoru (CEO) Aleksey Miller “Rossiya 1” telekanalına şirkətin qarşıdan gələn istilik mövsümündə Macarıstan üçün qaz nəqlinin həcmini artıracağını vurğulayıb.
Burada sual yaranır ki, Rusiyanın buradan qazancı nə olacaq? Azərbaycanın qazancı nələr ola bilər? Çünki Macarıstanın Xarici İşlər və Ticarət Naziri Peter Szijarto Tbilisi Beynəlxalq İpək Yolu Forumunun panel müzakirəsində vurğulayıb ki, Macarıstan enerji mənbələrinin şaxələndirilməsində Azərbaycanı real mənbələrdən biri hesab edir.
Neil Vatson fikrincə, burada ən vacib element Rusiyanın onu dəstəkləyən ölkələrə ehtiyacı olduğu bir vaxtda satışlar Macarıstan-Rusiya iqtisadi əlaqələrini qoruyub saxlaması və eksponent olaraq artırmasıdır:
“Təbii ki, Avropanın enerji tələbatını nəzərə alsaq, xüsusən qışda Azərbaycan və Rusiyadan qaz tədarükünü artırmaq potensialı var, ikincisi sanksiyalara məruz qalır, lakin aydın demarkasiya xətləri müəyyən edilməlidir ki, Rusiya və Azərbaycan rəqabət aparmaqdansa, xüsusən də Cənub Qaz Dəhlizi Azərbaycan Xəzər qazından əlavə, Türkmənistandan və digər ölkələrdən qaz nəql etmək üçün həddindən artıq gücdə tikildiyindən əməkdaşlıq etsinlər. Bundan başqa, ARDNŞ daim yeni ehtiyatlar kəşf edir, ona görə də Macarıstana qaz ixracını artırmaq üçün əlverişli mövqedə olacaq”.
Ülviyyə Şahin