“Mənə baxdı və dedi ki, mənimlə işləyəcəksən” - Heydər Əliyevin fotoqrafı ilə MARAQLI MÜSAHİBƏ

Müsahibələr 11:08 12.12.2023

O, bir əsirlik səlnamədir. Dərin dünyagörüşlü, idarəetmə siyasəti digər rəhbərlərdən onu fərqləndirirdi. O, təkcə ciddi biri deyildi. Yeri gələndə zarafatcıl, yeri gələndə gülərüz, səmimi söhbətləri hər kəsi heyran edirdi. 

Bu gün dahi lider, Ulu Öndər Heydər Əliyevin anım günüdür. 

Bu münasibətlə müsahibimiz ömrünün 10 ilini Heydər Əliyevin şəxsi fotoqrafı kimi çalışan Rafiq Bağırovdur. Həmsöhbətimiz Azərbaycanın ən qüdrətli dövrlərinin fotosalnaməsini yaradan, Heydər Əliyevin dediyi kimi tarix yazan insandır. Beləliklə, Rafiq Bağırovla maraqlı söhbətimiz başlayır.

- Rafiq müəllim, Heydər Əliyevlə ilk tanışlığınız necə olub?

- Fotoya həvəsim mənə atamdan keçib, hələ onda 5-6 yaşım vardı. Universitetdə oxuduğum zamanlar Azərbaycan dövlət kino şöbəsində çalışırdım. Daha sonra fotolobaratoriya qurdum. Özümü inkişaf etdirirdim. Ancaq buna baxmayaraq, özümü heç zaman peşəkar saymırdım. Bir müddət sonra dünyanın ən məşhur foto aparatlarını əldə etdim. 1993 - cü ildə H. Əliyev Ali Sovetin sədri seçildikdən sonra o, prezidentliyə namizədliyini irəli sürdü. Bu vaxt da reklam üçün ona portret lazım idi. Xoş təsadüf nəticəsində mənə müraciət olundu ki, Əliyevin şəkillərini çəkmək lazımdır. Əvvəl razı olmadım çünki özümü hazır hiss etmirdim. Daha sonra razılaşdım. Çəkiliş üçün 2 saatdan çox vaxt ayırdılar. Baxış üçün şəkilləri böyük ölçüdə çap etdim, bundan sonra seçim üçün onun kabinetində şəkilləri masaya düzdüm. Masasının üstündə 20-25 şəkil var idi. O, hər bir şəklə çox incəliklə baxırdı. Sonda mənə dedi ki,- “ sən mənimlə işləyəcəksən”. Bu çox gözlənilməz təklif idi. Öncə razı olmadım çünki işləyirdim, həm də bu məsuliyyətli iş idi. O, ikinci dəfə mənə baxdı və dedi,-“mənimlə işləyəcəksən”. Razı oldum. Ali sovetin sədrindən prezidentliyə qədər bir yerdə çalışdıq. 

-Adi fotojurnalist kimi fəaliyyət göstərmək asandır. Amma mənə elə gəlir ki, rəsmi fotoqraf olmaq çox çətindir. Hansı çətinlikləri var? Bu məsuliyyəti necə təsvir edərsiz?

-Bu hər kəsə nəsib olan bir şey deyil. Adi bir şəkli çəkməkdən ötrü keçirdiyin stres, məsuliyət çox başqa hissdir. Onu da deyim ki, bu məsuliyyət məni daha da möhkəmləndirdi. Bilirdim ki, Heydər Əliyev foto ilə dərindən maraqlanır. Onu da bilməlisən ki, bir hadisə bir dəfə olur. İkinci dəfə demək olmur ki, yenidən bu fotonu çəkim. Hər saniyə çox önəmlidir. 

-Heydər Əliyevin fotoya çox önəm verdiyini qeyd etdiz. Başınıza gələn hər hansı bir maraqlı hadisəni xatırlayırsız?

-O qədər çox xatirələr, maraqlı anlar olub ki... Deməli günlərin bir günü “Bakinskiy raboçi” qəzetinin baş redaktoru mənə müraciət edərək Heydər Əliyevin qeyri-rəsmi formada olan fotosunu istədi. Səbəbini soruşanda dediki doğum günüdür, hamı onu prezident kimi şəkillərini paylaşır,insanlar da onu rəsmi şəxs kimi görür. Amma biz istəyirik ki, insanlar onun sadə həyat tərzini görsünlər. Uzun müddət düşündüm, sonda şəkili həmin xanıma çatdırdım. Hadisənin üstündən 10 gün keçdi və Heydər Əliyev məni otağına çağırdı. İçəri daxil olanda masanın üstündə “Bakinskiy raboçi” qəzetini gördüm. Nəşrin yarım səhifəsində Heydər Əliyevin şəkli var idi. Üzümə baxıb, ciddi şəkildə mənə dedi,-“Bu şəkili sən çəkmisən?” Mən də,- “  Bəli, cənab prezident”- deyə cavab verdim. O an gülümsədi və dedi:

“Çox gözəl şəkildi. Sonra bu fotodan iki ədəd çap edib mənə gətirərsən”.

-Rafiq müəllim, siz qeyd etdiniz ki, masasının üstündə “Bakinskiy raboçi” qəzeti var. Həqiqətən də Heydər Əliyev gündəlik qəzetləri oxuyurdu?

-Bəli, Prezident o qədər işlərinin, siyasətin içərisində mütəmadi olaraq qəzet də oxuyur, televiziya da izləyir, radio verilişlərini də dinləyirdi. Hətta onu da deyim ki, tv, radio verilişlərdə bəzən səhv danışan, yalan xəbər verən jurnalistləri tənqid də edirdi. 

-Həqiqətən də bunu hiss etmək olur. Əbəs yerə deyilməyib, Heydər Əliyev jurnalistlərin  dostudur. Bəs Ulu Öndər hansı fotolara üstünlük verirdi, heç onu çəkən zaman işinizə müdaxilə edirdimi?

-Xeyr, qətiyyən heç nə demirdi. Axı bu mənim işim idi. Hətta bir dəfə mənə dedi ki,-“ sən məni həmişə rəsmi formada, qalstuk pencəkdə çəkirsən. Axı ,sən daima mənim yanımda olursan. Hanı sadə şəkillər?” Mən də başa düşdüm və dedim ki, hazırlayaram. Ondan sonra ancaq sadə rəsmi olmayan formada kitab  hazırladım və çap etdik. Kitabın adı “Sadə bir insan” idi. Heydər Əliyevin foto ilə bağlı həm tələbi yüksək idi, həm də zövqü daim müasir və konkret olurdu. Onu da deyim ki, kameranı çox hiss edirdi. Onun şəkillərdəki duruşundan bunu görmək olur. 

-Rəhbərin fotolarını çəkəndə qarşılaşdığınız maraqlı situasiyaları bizimlə bölüşə bilərsiz?

-Bir gün Heydər Əliyev hovuzda dincəlirdi. Şəkillərini çəkmək fikrinə düşdüm. Amma suya girməli idim. Başqa çarəm olmadığı üçün əynimdəkilərlə hovuza daxil oldum. Maraqlı şəkillər çəkdim. Sonra mənə dedi ki,-“ sən nə əcəb şalvar, köynəklə girdin? Cavabımda,- “cənab prezident, ar etdim sizdən” dedim. 10-15 gün sonra bir də bu hadisə yaşandı. Amma onda vəziyyət tam başqa oldu. Hovuza girməzdən əvvəl məni çağırdı, dedi ki, kənarda paltarlar var səninçün, geyin, gəl. Mən onda Ulu Öndərin necə ağıllı və diqqətcil biri olduğunu tam dərk etdim.

-Heydər Əliyevin sizə, digərlərinə münasibəti necə idi? Onu şəxsiyyət kimi hər kəs tanıyır. Sizin xatirinizdə necə qalıb? Ona aid sözlər,cümlələr, xüsusiyyət və s. Heydər Əliyevi bir cümlə ilə necə ifadə edərdiniz?

-Düz vurğuladız, hər kəs onu şəxsiyyət kimi tanıyır. Məsuliyyətli, ciddi, siyasi bir insan kimi. Amma onun işçilərə,yaxın olduğu insanara qarşı başqa münasibəti var idi. Onunla danışanda heç kəsdən fərqlənmədiyini sezirdin. Onun gözəl sözü var idi. Deyirdi ki,-“siz jurnalistsiz, siz tarixi çəkirsiz. Elə bir jurnalist olmalısız ki, qapıdan qovanda bacadan girməlisiz, bacadan qovanda qapıdan”. O, böyük şəxsiyyət idi, elə bir şəxsiyyət ki, ondan çox insan çəkinir, sözün əsl mənasında qorxurdu. Amma o, bütün həyatını vətəni üçün qurban verən şəxslərdən olub.  

Ləman Abbaslı 











İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:41 18.05.2024
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
11:21 18.05.2024
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
11:11 18.05.2024
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
11:04 18.05.2024
Ramil İsgəndərli: "Müharibənin mənfi nəticələrinin aradan qalxmasında QHT-lərin çox böyük rolu oldu" - VIDEO
11:00 18.05.2024
ABŞ-dan Kiyevə QADAĞA
ABŞ-dan Kiyevə QADAĞA
10:52 18.05.2024
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
10:41 18.05.2024
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
10:30 18.05.2024
Mədəniyyət ocağının acınacaqlı vəziyyətə düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
10:30 18.05.2024
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
10:15 18.05.2024
Kirayə qaldığı evi satan kirayəçini neçə il həbs gözləyir? - Ekspertlərin RƏYİNDƏ
10:00 18.05.2024
Hamısı