4 il ərzində Bakı metropolitenindən istifadə edən sərnişinlərin sayı müvafiq olaraq 2020-74.7, 2021-90.2, 2022-208.7, 2023-219.4 milyona qədər artıb. 2019-ci il ərzində bu göstərici 240 milyona çatıb.
Son dönəmlərdə metrodan istifadə edən insanların sayı artsa da, hətta sıxlıqlar olsa belə bu göstərici pandemiyadan əvvəlki rəqəmə çata bilməyib.
Bunun səbəbi nədir? Metro hələ də ən prestijli nəqliyyat vasitəsidir?
Məsələ ilə bağlı nəqliyyat eksperti Rövşən Həsənov Ednews-a açıqlaması zamanı bildirib ki, əhalinin böyük əksərriyəti metrodan istifadə edir və bu da nəqliyyat vasitələri arasında ən öndə olanıdır:
“Bakı Metropoliteninin sərnişin sayının azalmasında qiymət artımının təsirinin olmadığını düşünürəm.
Azalmaya ən çox təsir edən amillər ölkənin korona virusla bağlı qapanmalara getməsi və yeni stansiyaların açılmasını səbəb kimi göstərə bilərik. 4 il ərzində bir neçə metro stansiyası açılıbdır.
Sərnişinlər məsafə yaxın olduğu üçün yeni açılan stansiyalar istifadə ehtiyac duymurlar. Azalmanın bir səbəbi kimi bunu faza ala bilərik”.
Ekspert əlavə olaraq qeyd edib ki, ümumiyyətlə yerüstü nəqliyyat vasitələri ilə müqayisədə yeraltı nəqliyyat vasitələri daha rahat və operativdir:
“Nəzərə alsaq ki, rəsmi olaraq 3 dəqiqə interval göstərilsə və bəzi müəyyən texniki qüsurlar göstəriləsə də, insanlar tam rahat və təhlükəsiz şəkildə metropolitendən istifadə etməyə üstünlük verirlər.
Ümumi uzunmüddətli statistikaya baxdıqda metrodan istifadə edən sərnişinlərin sayı illər üzrə yüksəlir. Sadəcə bu normal olaraq ölkənin pandemiya şəraiti bağlı olan dövrdə azalma müşahidə olunub.
Buna baxmayaraq metro ən səmərəli yeraltı nəqliyyat vasitəsi hesab edilir”.
Xəyal Ramiz