Zərgər Xəlil Rəhimzadə: “Fransada keçirilən turnir Azərbaycan üçün ilk olacaq” - MÜSAHİBƏ

Müsahibələr 10:00 30.04.2024

Ednews tanınmış zərgər Xəlil Rəhimzadə ilə müsahibəni təqdim edir. 

Xəlil Rəhimzadə 11 yaşından zərgərlik sənətini öyrənməyə başlayıb. Atası zərgər olduğuna görə dərsdən çıxıb onun yanına gedib, beləliklə də bu sənətə yiyələnib. 

- Xəlil bəy zərgərliyə marağınız necə yarandı?

- Zərgərlik bizə dədə-babadan gələn sənətdir. Atamdan öyrənmişəm. 11 yaşım olandan atamın yanına, emalatxanaya gedirdim və orada öyrənirdim. Gümüşdən başlamışam öyrənməyə. 

- Sənətinizi necə inkişaf etdirdiniz?

- Əvvəlcə zinət əşyalarını işləyirdim. 15 ildən sonra suvenirlər işləməyə başladım. Dövlət, ofis işçiləri üçün suvenirlər işləyirdim. Gəldik çatdıq 2020-ci ilə... Karantin olanda, hər yer dayananda məndə depressiv vəziyyət yarandı. Sosial olmağı düşünürdüm. Bu işin sosial tərəfi, həmçinin xeyriyyəçilik ilə məşğul olmaq lazımdır. 

- Bəs bunun üçün hansı addımları atdınız?

- Lilex MMC açdım. Daha sonra onun milli brendini qurdum. Ardınca dəstək üçün Cənab Prezident İlham Əliyevə yazılı müraciət etdim. Məni "AzerGold" QSC-ə və Zərgərlər Asossasiyasına yönləndirdilər. Ondan sonra layihələrim başladı. 

- MMC-ni necə qurdunuz, işçilər cəlb etdiniz?

- Ətrafımda işçilər, komandam var idi. MMC-ni qurmaq üçün hüquqşünas cəlb etdik və sonra fəaliyyətə başladıq. Amma mənim üçün maraqlı olan sosial tərəfi və ictimai birliyin yaradılması idi. İndi onun üzərində çalışırıq. Biz həmçinin akademiya da açmışıq. Mən ustayam, öyrədirəm. Akademiyanı xeyriyyəçilik məqsədi ilə fiziki məhdudlu şəxslər, kimsəsiz uşaqlar, qazilər, minada zərər çəkənlər üçün istifadə edəcəyik. Onları bu sahəyə cəlb edib, öyrədəcəyik. İşləyib sənətkar olacaqlar. İşlə də təmin ediləcəklər. Özləri istəsələr müstəqil brend yaratmaqlarına yardımcı olacağıq.

- Bu sahə ilə bağlı müraciət edənlər var?

- Bəli var. Əlillər Cəmiyyətinə müraciət etmişik. 30 nəfər istəyən var artıq. Bu layihəni təzəlikcə başlamışıq. Kimsəsiz uşaqlarla hələ ki, görüş keçirməmişik. Yaxın günlərdə onların asossasiyaları ilə də görüşəcəyik.

mm.jpg

- Azərbaycanda bu sahədə boşluq var.

- Çox böyük boşluq var. Hamısı bu sənətə sağmal inək kimi yanaşır. Heç kim fikirləşmir ki, indi nəsə edim, 10 il sonra mən olmayanda gələcək nəsil nəticəsini görsün. Qazanmağı düşünürlər. Ona görə də çox böyük problemlər yaranır.

- Zərgərlik sənətinə gənclərin marağı necədir?

- Bu sənət yaradıcı sənətdir, gənclərin də marağı var. Sadəcə olaraq irəlidə, gözdə olanlar bu sənətin spekulyasiya ilə məşğul olanlardı. Sənətkarların özləri deyil. Ona biznes də demək olmaz. Biznesin çox aşağı mərtəbələridir.

- Bəs zərgərliyi öyrənməyin nə kimi çətinlikləri var?

- Biz tələbə götürəndə, ona 1 ay vaxt veririk ki, ondan zərgər olacaq ya yox. Bu sahədə bacarıqlı olmaq üçün beyin həm texniki tərəfə, həm də humanitar tərəfə çalışmalıdır. Çünki bu sahədə həndəsə də var, rəssamlıq da. Mən istəyirəm ki, müəllim kimi gəncləri yetişdirim. Çünki zərgərlikdə gənc müəllim yoxdu.

- Beynəlxalq müstəvidə zərgərlik hansı səviyyədədir?

- Beynəlxalq müstəvidə Azərbaycan çox geriləyir. Qonşu ölkələrdən çox geri qalmışıq. Zərgərlik bu regionda həmişə birinci olub. Hal-hazırda ən axırıncılardandır. Bizdə qızıl çıxır. Cənab prezidentimiz də deyib ki, qızılı emal edin ölkəyə valyuta gətirin. Bizdə isə əksinədir. Kobud desək alverçilərin siyasətidir. Ölkəyə idxal etməklə satırlar. Məncə ixrac etmək daha çox qazanc gətirər ölkəmizə.

- Layihələriniz var?

- Layihələrimiz var, təsdiq olmasını gözləyirik. Peşə Təhsil Agentliyi mənə layihə verib. Fransaya tələbə aparacam. Orda turnir keçiriləcək. Azərbaycan belə bir turnirə ilk dəfə qatılacaq. Ona da mən rəhbərlik edirəm.

- Turnirin adı nədir?

- “World skills” mənası dünya bacarıqları. 65 peşədən ibarət bir turnir olacaq. Azərbaycan 7 peşə ilə iştirakçıdır. Bunlardan biri də zərgərlik peşəsidir.

İşlərinizdə uğurlar arzu edirəm, qalib olmağınız diləyi ilə..

- Çox sağ olun.

Söhbətləşdi: Oğuz Ayvaz 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

“İki sahil” 34 yaşını qeyd edir
19:45 09.07.2025
Zelenski İtaliyaya getdi
19:30 09.07.2025
Borcların geri qaytarılması yoxsa... - Dilemma
19:15 09.07.2025
QDF-in təşəbbüsü ilə növbəti “Qarabağ Gecəsi” xeyriyyə konserti keçirilib
19:06 09.07.2025
Özbəkistandan gələn ekspedisiya heyəti BAMF-ın qonağı oldu
19:00 09.07.2025
"Sərmayə olmadan davamlı enerji təchizatı mümkün deyil”
18:51 09.07.2025
ADY “Çin Dəmir Yolları” ilə Anlaşma Memorandumu imzalayıb
18:36 09.07.2025
"Çelsi" klublararası dünya çempionatından nə qədər qazanacaq?
18:22 09.07.2025
Türkiyədə növbədənkənar prezident seçkisi keçirilməyəcək
18:07 09.07.2025
Tayvan tarixində ən böyük hərbi təlimlərə başlayıb
17:51 09.07.2025
Rubionun səsi ilə siyasətçiləri aldatdılar
17:36 09.07.2025
Fransada polis partiya qərargahına basqın edib
17:21 09.07.2025
Tramp Putin və Si Cinpini Moskva və Pekini bombalamaqla hədələyib?
17:06 09.07.2025
PKK-nın da tərksilah edilməsi türk dünyasına necə təsir edəcək?
16:51 09.07.2025
Osimhen transferi nə vaxt elan ediləcək? - "Qalatasaray" rəsmisi açıqlama verdi
16:35 09.07.2025
Əraqçı Səudiyyə şahzadəsini region üçün misilsiz təhlükə barədə xəbərdar etdi
16:20 09.07.2025
"Ukraynadakı münaqişənin həlli üçün diplomatik imkanlar tükənib"
16:05 09.07.2025
Şantajla məşğul olan gənclər yaxalandı
15:50 09.07.2025
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir
15:35 09.07.2025
Pensiyaların ödənəcəyini tarix açıqlandı
15:20 09.07.2025
ABB tarixində ən yüksək reytinq göstəricisinə nail olub
15:05 09.07.2025
"Moskva Bakı ilə hüquq-mühafizə orqanları xətti ilə əlaqə saxlayır"
14:55 09.07.2025
“Ailə mübahisələrində mediasiya institutunun tətbiqinin əhəmiyyəti və beynəlxalq təcrübə” mövzusunda dəyirmi masa keçirilib
14:50 09.07.2025
ABŞ-ın Texas ştatında daşqınlar zamanı 180-dən çox insan itkin düşüb
14:35 09.07.2025
Yardımlı-Deman-Arvana magistralında yenidənqurma işlərinə başlanılıb
14:20 09.07.2025
İtaliyanın Ukraynaya yardımları rəqəmlərlə açıqlandı
14:05 09.07.2025
Türkiyənin xarici işlər və müdafiə nazirləri Pakistanda rəsmi səfərdədir
14:02 09.07.2025
"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Rəsmi Bakı İranın Ermənistandakı səfirinə cavab verdi
13:24 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Hamısı