İTAR-TASS-ın baş direktorunun birinci müavini, 2001-ci ildə Rusiya Federasiyasının mədəniyyət işçisi adına layiq görülən, Rusiyanın Dövlət mükafatı laureatı, Mixail Qusman Bakı Beynəlxalq Humanitar forumu zamanı "Eurasia Diary"nin suallarını cavablandırıb.
Qusman əmindir ki, dünyada gedən münaqişələrin həlli üçün sehrli çubuq mövcud deyil.
Bundan əlavə o qeyd edir ki, müxtəlif ölkələrin iqtisadi, geosiyasi maraqları tez-tez bir-birilə çarpazlaşır. "Əlbəttə, bir və ya bir neçə forumun dünyanı silahdan, terrorizm bəlasından xilas etməyinin mümkün olduğunu ümid etmək çətindir. Amma nə qədər ki, müxtəlif ideologiyalara, siyasi hakimiyyətə malik ölkələrdən daha çox insan belə humanitar əlaqələrə cəlb ediləcək, o qədər də insan, ölkələrdəki siyasi hakimiyyət bu problemlərin həllində hərbi yanaşmaların məhvediciliyi anladığına ümid ediləcək".
İTAR-TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman qeyd edib ki, danışıqlar yalnız dialoq vasitəsilə, əməkdaşlıqla sülh yolu ilə həll edilməlidir. "Burada da həmçinin bu cür humanitar forumlar dialoqların qurulması üçün mühüm rol oynayır. Onlar qədimi tarixi, mədəni-ənənələrə malikdirlər. Bu çox əhəmiyyətlidir və bizim ümidlərimiz buna bağlıdır".