Bakıda "Dinlərarası Tolerantlıq və Mətbuatın Rolu" mövzusunda beynəlxalq konfrans keçirilib. ADA Universitetində təşkil olunmuş tədbirdə Azərbaycanda və dünyada dini dözümlülük, multikulturalizm, miqrasiya problemləri, bu məsələlərdə medianın oynadığı rol müzakirə edilib.
Tədbirin əhəmiyyəti, Azərbaycanın bu sahədə gördüyü işlərlə bağlı "Eurasia Diary"-nin suallarını cavablandıran Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı deyib ki, konfransın əhmiyyəti olduqca böyükdür. O bildirib ki, dinlərarası tolerantlıq Azərbaycan xalqının milli xüsusiyyətləri ilə bağlıdır:
"Azərbaycan xalqı formlaşdığı vaxtdan tolerantlığın məkanı olub. Bizim ölkədə müxtəlif millətlər yaşayır. Eramızdan əvvəl yahudilər bütün dünyaya səpələndiyi kimi Azərbaycana da gəldilər. Azərbaycanda yahudilər 2500 ildir ki, yaşayırlar. Bizim ölkədə 2000 ildir ki xritianlianlıq və 1300 ildir ki islam mövcuddur. Azərbaycan xalqı heç vaxt başqa dinlərə və etnik millətlərə hücum etməyib. Bu, Azerbaycan xalqının ən üstün cəhətlərdən biridir. Eləcə də, Azərbaycanda üç səmavi dinin ibadət mərkəzləri olub. Azərbaycan bu ibadət yerlərini əsrlər boyu qoruyub. Azərbaycanın imkanlı insanları müxtəlif dinlərə məxsus olan ibadət yerlərinin təmirində və bərpasına vəsait sərf edib. Azərbaycanda Erməni kilsəsi və erməni kitabxanısı hələ də qorunub saxlanılır. Bundan başqa Azərbaycanda 30 minə yaxın erməni yaşayır. Onların heç birinə təzyiq göstərilmir. Təssüf ki, xarici media Azəebaycanla bağlı ədalətsiz mövqe tutur və problemləri düzgün işıqlandırmır. Dünya mediası Azerbaycan xalqının sülhpərvərliyini və dostluğunu, ən əsası Azərbaycanda etnik xalqlara göstərilən münasibəti yetərincə işıqlandırmır. Həmin KİV-lər qəsdən Azərbaycanla bağlı düzgün olmayan informasiya nümayiş etdirirlər. "
Qeyd edək ki, tədbir Avropa İttifaqının Azərbaycan nümayəndəliyi, ADA Universitetində Avropa İttifaqının Qabaqcıl Təcrübəsinin dəstəyi Mərkəzi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Avrasiya Mətbuat Fondu və Beynəlxalq Miqrasiya Təşkilatının dəstəyi ilə keçirilib.
Taleh Quliyev