Suriyanın yeni hökumətinin formalaşdırdığı daxili təhlükəsizlik idarəsinin əməkdaşlarının Dəməşq vilayətində keçirdiyi əməliyyat zamanı "İslam dövləti" terror qruplaşmasının yaraqlıları saxlanılıb.
“EDnews” xəbər verir ki, bu barədə Suriyanın Daxili İşlər Nazirliyi öz “Telegram” kanalında məlumat yayıb.
Nazirliyin məlumatına görə, terrorçularda silah və sursat, həmçinin onların regionda sabitliyi pozmaq üçün istifadə etməyi planlaşdırdıqları partlayıcı qurğular aşkar edilib.