İçərisində blogger Aleksandr Lapşinin olduğu xüsusi təyyarə Bakı aeroportuna enib.
Məlumatı xüsusi müxbirimiz verib.
* * *
Azərbaycan hüquq-mühafizə orqanlarının əməliyyat-istintaq qrupu bloqqer Aleksandr Lapşini Bakıya gətirmək üçün xüsusi reyslə Minskə yola düşüb.
Yaxın saatlarda qalmaqallı bloqqerin əlləri qandallı Bakıya gətiriləcəyi gözlənilir.
Qeyd edək ki, Belarus Ali məhkəməsinin bloqqer Aleksandr Lapşin barədə çıxardığı qərar açıqlanıb.
Ali məhkəmə bloqqerin vəkillərinin onun Azərbaycana ekstradisiyasına dair qərardan verdikləri şikayəti təmin etməyib.
Beləliklə, İsrail və Rusiya vətəndaşlığını daşıyan bloqqerin Azərbaycana verilməsi qərarı qüvvəyə minib.