"Ötən il keçirilən referendumun nəticələrinə görə təsis edilən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsində, heç şübhəsiz, hamı Mehriban xanım Əliyevanı görürdü".
"Eurasia Diary" xəbər verir ki, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Twitter" səhifəsində yazıb.
N.Məmmədov qeyd edib: "Əminəm ki, Mehriban xanım bu şərəfli və məsuliyyətli vəzifədə yeni-yeni uğurlara və nailiyyətlərə imza atacaq".