Bakıda “Azərbaycan ərazilərinə silahlı erməni təcavüzü: itki və tələfatlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Siyasət 13:47 22.02.2017
Fevralın 22-də Bakıda Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar “Azərbaycan ərazilərinə silahlı erməni təcavüzü: itki və tələfatlar” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
 
AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən Azərbaycan Respublikası Ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun üzvü, “MBA” qiymətləndiricilər şirkətinin direktoru Nüsrət İbrahimov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistan tərəfindən Azərbaycana vurulmuş maddi və mənəvi zərərə dair hesabatla çıxış edib. O, həmçinin dünyada baş verən münaqişələr, bu ölkələrə vurulan zərər barədə də danışıb. O, bildirib ki, itki və tələfatlarla bağlı dəqiq hesablamaların aparılması münaqişədən sonra işğal altından azad olan ərazilərin bərpa edilməsi ilə əlaqədar proqramların qəbul edilməsi və onların beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilməsidir.
 
Azərbaycan Prezidentinin administrasiyasının rəhbərinin müavini Novruz Məmmədov “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zəminində Azərbaycan xalqının sosial-iqtisadi qayğıları və onun təmin edilməsi problemləri” mövzusunda çıxış edərək konfransda müzakirə olunan məsələlərin əhəmiyyətindən danışıb. Bildirib ki, bu konfrans Azərbaycan xalqının başına gətirilən müsibətlər barədə məlumatın beynəlxalq ictimaiyyətə çatdırılması üçün mühüm əhəmiyyət daşıyır.
 
Novruz Məmmədov qeyd edib ki, Ermənistan rəhbərlərinin apardıqları işğalçılıq siyasətinin davamı olaraq Azərbaycan ərazilərinin zəbt edilməsi, bir milyondan çox azərbaycanlıların qaçqın və məcburi köçkünə çevrilməsi nəticəsində təkcə Azərbaycana deyil, bütün regiona böyük ziyan dəyib.
 
“Əgər Azərbaycan torpaqları işğal edilməsəydi oradakı 100 minlərlə hektar torpaq sahələrindən daha əlverişli istifadə olunardı və Azərbaycan iqtisadiyyatı daha da inkişaf edərdi. İşçi qrupu çox böyük iş görüb. Həmin ərazilərin işğal altında olması nəticəsində kənd təsərrüfatının bütün sahələrinə çox böyük ziyan dəyir. Bu ərazilərdə Azərbaycan ilə bağlı heç bir abidə, tikili qalmayıb. Bütün bu məlumatlar beynəlxalq təşkilatların diqqətinə çatdırılmalıdır. Dünya birliyi bunları bilsə də, heç vaxt fundamental hüquqların pozulması barədə danışılmırlar. Bəs, biz onların səmimiyyətinə necə inanaq? Azərbaycanın ərazi bütövlüyü pozulub. Bunu bütün beynəlxalq təşkilatlar qəbul edib. Lakin buna son qoymaq üçün heç kim iş görmür. Ermənistan kimi balaca bir dövlətə qarşı qəbul edilən qətnamələr icra olunmur. Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və digər rəsmi şəxslərin bütün beynəlxalq tədbirlərdə qaldırdığı məsələdir”,-deyə Novruz Məmmədov vurğulayıb.
 
Bildirilib ki, Azərbaycan böyük dövlətlərin marağının toqquşduğu regionda yerləşir. Lakin buna baxmayaraq, Azərbaycan gördüyü işlərlə, atdığı addımlarla çox böyük quruculuq işləri, böyük beynəlxalq layihələr həyata keçirməklə nüfuz qazanıb. Azərbaycanda hər il dünya səviyyəli böyük tədbirlə keçirilir.
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:41 18.05.2024
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
11:21 18.05.2024
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
11:11 18.05.2024
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
11:04 18.05.2024
Hamısı