Azərbaycanda keçirilən Bakı Şopinq Festivalı pakistanlı turistlər üçün böyük imkandır.
Bunu Pakistanın Azərbaycandakıı fövqəladə və səlahiyyətli səfiri Said Xan Mohmand festivalla bağlı fikirlərini bölüşərkən deyib.
Səfir bildirib ki, pakistanlı turistlər Bakı Şopinq Festivalı üçün artıq məsafəcə daha uzaq olan Dubaya getməkdənsə, Bakıya gələcəklər və bu onlar üçün daha rahat olacaq.
Pakistanlıların hər zaman Azərbaycana böyük maraq göstərdiyini, ümumilikdə turistlərin Bakıya gəlməkdən zövq aldıqlarını vurğulayan səfir əlavə edib ki, Bakı Şopinq Festivalının ölkənin təbliğatı baxımından da rolu böyükdür.
“İnsanlar Azərbaycanla daha yaxından maraqlanacaq, məlumat əldə edəcəklər. Festival həm də xalqlar arası münasibətlərin daha da inkişaf etməsinə, intensivləşməsinə səbəb olacaq” – deyə səfir bildirib.