Azərbaycan İsraildən erməniləri təşvişə salan həmin silahı alacaq

Siyasət 20:18 06.09.2017

İsrailin “Aeronautics Defence Systems” şirkəti Polşada keçirilən MSPO müdafiə sənayesi sərgisində “Orbiter 1K” pilotsuz zərbə aparatlarını nümayiş etdirib. Bu barədə hərbi, təhlükəsizlik və aerokosmos mövzusu üzrə ixtisaslaşmış “Shephard Media” bildirir. Qeyd olunur ki, bu kamikadze-dronların sərgidə nümayiş etdirilməsi İsrail Müdafiə Naziliyinin həmin dronların Azərbaycana ixracına dair lisenziyanı dayandırmasından cəmi bir neçə gün sonraya təsadüf edib.

Xəbər verildiyi kimi İsraildə “Orbiter 1K” pilotsuz zərbə aparatlarının böyük partiyasının Azərbaycana satışı ilə bağlı qalmaqal qaldırılıb. Buna səbəb Azərbaycan tərəfinin “Aeronautics Defence Systems” şirkətinin operatorlarından həmin dronları təmas xəttinin şimal istiqamətində erməni mövqelərinə qarşı tətbiq edilməklə sınaqdan keçirməyi tələb etdiyi haqda iddialardır.

Məlumatlara görə İsrail şirkətinin operatorları bundan imtina ediblər, nəticədə şirkətin yüksək vəzifəli meneceri özü dronu hədəfə yönəldib və dəqiq vura bilməyib. Bu iddialarla bağlı İsrail Müdafiə Nazirliyi araşdırmalara başlayıb. Bir neçə gün əvvəl “Aeronautics Defence Systems” şirkəti elan edib ki, təhqiqatla bağlı “Orbiter 1K” PUA-larının “tərəfdaş ölkəyə” ixracına dair lisenziyanın qüvvəsi müvəqqəti dayandırılır.

Polşanın Keltse şəhərində keçirilən sərgi zamanı şirkətin rəsmiləri deyiblər ki, bu mövzu ilə bağlı heç bir şərh verməyəcəklər. “Biz ancaq bunu deyə bilərik ki, İsrail Müdafiə Nazirliyi tərəfindən araşdırma aparılır və bu (ixracın müvəqqəti dayandırılması) sadəcə olaraq texniki məsələdir”-şirkət rəsmiləri deyiblər.

“Aeronautics Defence Systems” şirkəti öz pilotsuz zərbə aparatlarını Polşaya da ixrac etmək niyyətindədir. Polşa bu şirkətin istehsal etdiyi pilotsuz aparatların əsas müştərilərindən biridir.

“Orbiter 1K xüsusi təyinatlı qüvvələr üçün yaxşı vasitədir və artıq döyüşdə sübut olunub”-şirkətin baş direktorunun müavini Dani Eşar bildirib. Şirkət “Orbiter” seriyasından “Orbiter 4”-ü də nümayiş etdirib. Bu, 24 saat havada qala bilən, 6 min metrdən yüksəklikdə uçan və iki istiqamətli faydalı yük daşıyan zərbə aparatıdır.

İsrail şirkətinin nümayəndələrinin təsdiq etdiyi kimi “Orbiter 1K” dronlarının Azərbaycana ixracının dayandırılması müvəqqəti xarakter daşıyır və Müdafiə Nazirliyi tərəfindən aparılan təhqiqata görə atılmış texniki xarakterli addımdır. Yəni bu kamikadze-dronların 23 milyon dollarlıq iri partiyasının Azərbaycana çatdırılması bir az ləngiyə bilər, ancaq “Aeronautics Defence Systems” şirkəti özünün ən iri müştərilərindən biri ilə tərəfdaşlığı davam etdirir.

Qeyd edək ki, Azərbaycanın İsraildən "Aeronautics Defence Systems" şirkətinin ən son model "Orbiter 1K" dronlarını almaq üzrə olduğu haqda xəbərlər Ermənistanda ciddi təşvişə səbəb olmuşdu. Və həmin dronların ixracının dayandırılması barədə xəbərlərdən ermənilər xeyli sevindi. Ermənistanda etiraf edirlər ki, bu dronlara qarşı müdafiə olunmaq faktiki olaraq mümkün deyil. Dron hədəfi saatlarla havada asılı qalaraq izləyir və 4 min metrdən onun üzərinə şığıyıb məhv edir. Hədəf isə dronun təchiz edildiyi partlayıcının həcmindən asılı olaraq avtomobil texnikasından tutmuş zirehli texnikaya qədər müxtəlif ola bilər.

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Hamısı