"Nuru Paşa, Atatürk və Heydər Əliyev..." Türkiyə səfiri

Siyasət 16:06 13.09.2017
Sentyabrın 13-də Azərbaycanda Atatürk Mərkəzində Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə Qafqaz İslam Ordusu və Azərbaycan korpusu tərəfindən Bakının erməni-bolşevik işğalından azad olmasının 99-cu ildönümü münasibətilə “Bir millət, iki dövlət: Azərbaycan-Türkiyə qardaşlığı əbədidir” mövzusunda tədbir keçirilib.
 
Əvvəlcə Azərbaycanın və Türkiyənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Tədbirdə birliyin sədri Emin Həsənli 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun və Azərbaycan korpusunun Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etməsinin tarixi əhəmiyyətindən danışıb.
 
Daha sonra Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral iki ölkə arasında qardaşlıq əlaqələrindən söz açaraq bildirib ki, bu əlaqələr böyük tarixə malikdir. Səfir deyib: “Bu gün Türkiyə ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olmasının səbəbləri çoxdur. Osmanlı dövlətinin 1918-ci ildə ən cəsur əsgərlərini toplayıb Azərbaycana göndərməsində əsas səbəb nədirsə, bu gün də iki ölkə arasında qardaşlıq münasibətlərimizi bu səviyyədə saxlayan səbəb budur. Dünyada belə sıx dostluğa malik olan az ölkə var. Biz dost ölkə olmaqla yanaşı, keçmişi, gələcəyi, dini, dili, soyu bir olan millətik. Bu gün Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü də Türkiyənindir. Bu, 1918-ci ildə də belədir, həmişə də belə olacaq. Türkiyə Azərbaycanı yanında gördükcə, özünü daha güclü hiss edir. Azərbaycanın müstəqilliyini qazandığı 26 il ərzində hər iki ölkə arasında çox böyük məsafə qət edilib. Bu gün Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum layihələrində bir yerdə olmağımızın və bir-birimizə olan inamın göstəricisidir. Atatürk Mərkəzində bir araya gəlməyimiz də məhz 1918-ci ildəki şəhidlərimizin hesabınadır. Onlara Allahdan rəhmət diləyirik. Bir arada olduğumuza görə Nuru Paşaya, Atatürk və Heydər Əliyevə, Prezident İlham Əliyevə təşəkkür edirik”.
 
Milli Məclisin deputatı Qüdrət Həsənquliyev bildirib ki, Azərbaycanla Anadolunun düşməni eynidir: “15 sentyabr hadisələrinə görə əbədi olaraq Türkiyəyə minnətdarlıq bildirməliyik. İki qardaş ölkə arasında dostluq, qardaşlıq münasibətlərini ayrı salmaq üçün edilən bütün cəhdlər baş tutmayacaq”.
 
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu hər bir ölkənin tarixinin ondan ibrət dərsi almaq üçün öyrənilməli olduğunu vurğulayıb. O deyib: “Azərbaycan tarixində 15 sentyabr hadisələrinin mühüm rolu var. Qafqaz İslam Ordusu Bakını işğaldan azad etməklə bərabər, çoxsaylı müsəlmanları erməni-bolşevik qırğınından xilas etmiş oldu. Bu hadisə bugünkü müstəqil Azərbaycanın sərhədlərini müəyyənləşdirməklə bərabər, ölkəmizin sovetlər birliyinə müstəqil subyektlərdən biri kimi daxil olmasına imkan yaradıb”.
 
Daha sonra tədbirdə çıxış edən natiqlər 15 sentyabr tarixinin iki ölkə arasındakı münasibətlərin hazırkı səviyyəyə gəlib çatmasında mühüm rolu olduğunu qeyd ediblər.
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:41 18.05.2024
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
11:21 18.05.2024
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
11:11 18.05.2024
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
11:04 18.05.2024
Hamısı