Türk komandan Azərbaycana rəhbərlikdən niyə imtina etdi?

Siyasət 21:12 15.09.2017

Bu gün Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu tərəfindən Bakının azad edilməsindən 99 il ötür. 28 May tarixi qədər bizə əziz olan bu gün həm də Azərbaycan Cümhuriyyətinin müstəqilliyinin təsdiqi günüdür.

***

Nuru Paşa 1889-cu ildə İstanbulda doğulub. 1909-cu ildə Hərbi Məktəbdən, 1911-ci ildə Hərbi Akademiyadan məzun olub. Müxtəlif yerlərdə (I Dünya muharibəsində Şimali Afrika cəbhəsində) hərbi vəzifəsini yerinə yetirib. 1918-ci ildə rütbəsi iki dəfə artırılaraq general-mayor olub.

1918-ci il iyunun 4-də Batumda Azərbaycan Cümhuriyyəti ilə Osmanlı arasında bağlanmış müqavilənin IV maddəsində deyilirdi ki, “ehtiyac olduğu təqdirdə Osmanlı hökuməti qayda-qanunu və ölkənin təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycan Cümhuriyyətinə silahlı qüvvələrlə yardım etməyi” öhdəsinə götürür.

Bu öhdəliyə uyğun olaraq Bakının işğaldan azad edilmə planı həyata keçirilir. Hələ bu müqavilədən öncə 22 mart 1918-ci ildə Osmanlı dövlətinin hərbi naziri Ənvər Paşa imzaladığı bir qərarla Qafqaz Ordusunun qurulması üçün göstəriş vermiş, Nuru Paşanı bölgəyə göndərmişdi. Nuru Paşanın komandanlığındakı heyət 1918-ci ilin aprel və may aylarında Mosuldan çıxaraq Ravanduz, Savcabulak, Təbriz yolu ilə Azərbaycanın Zəngəzur bölgəsinə çatır, 25 may tarixində Gəncə şəhərində qərargah qurulur.

“Göydən enmiş mələk”

M.Rəsulzadə bu dönəmlə bağlı yazır: “O zaman müdhiş bir anarxiyaya məruz, digər tərəfdən də bolşevik təcavüzü ilə təhdid olunan Gəncə Nuru Paşanı göydən enmiş xilaskar bir mələk kimi qarşıladı”.

Nuru Paşanın Gəncədən Bakıya doğru hərəkətinə nəzər salanda aydın olur ki, o, təkcə Bakını deyil, əslində, bütün Azərbaycanı xilas edir. Çünki Bakıya qədər gedən yolların əksəriyyətində bolşevik və daşnaklarla savaş aparılır. Nəhayət, 15 sentyabrda Bakı azad edilir.

Türkiyə I Dünya müharibəsindən məğlub olduqdan sonra Nuru Paşa Azərbaycandan getməli olur. İngilislər onu Batum qalasına həbs etdikləri zaman Nəsib bəy Yusifbəyli və Nağı bəy Şeyxzamanlının da dəstəyi ilə zindandan azad edilir.

Silah fabrikinin yaradıcısı

Nuru Paşa 1929-cu ildə Türkiyədə İstiqlal medalı ilə təltif olunur. Ankarada bir müddət ticarətlə məşğul olduqdan sonra – 1933-cü ildə İstanbulun Zeytunburnu ilçəsində Dəmir Əşya Fabriki yaradır. Dəmir əşyalarla yanaşı, silah, mərmi, qaz maskaları istehsalı ilə də məşğul olur. 1938-ci ildə İstanbulun Sütlücə məhəlləsində digər bir əşya fabrikini də satın alan Nuru paşa müxtəlif silah-sursat istehsalını daha da genişləndirir. 1946-cı ildə Zeytunburnundakı fabrikini bağlayaraq Sütlücədəkini işlədir, müdafiə nazirliyinə silah satır. Eyni zamanda xariclə silah alverinə başlayır. Fabrikdə Nuri Killigilin öz adına da tapança istehsal olunur. II Dünya müharibəsi başlayan zaman Nuru paşa yenidən türk dövlətlərinin bağımsızlığı savaşına qatılmaq istəyir. Türküstan alayının yaradılmasına dəstək olur, lakin Almaniyanın məğlubiyyətindən sonra yenidən gücünü silah ticarətinə verir. Xüsusən, Misir, Pakistan, Suriya kimi ölkələrə silah satır. Çünki Misir və Suriya həmin ərəfələrdə yeni yaradılmış İsrail dövləti ilə müharibə vəziyyətində idi, Pakistan isə Hindistandan ayrılaraq müstəqilliyini elan etmişdi. Bu dövlətlərə silah lazım idi. BMT isə Misir və Suriyaya silah satışını qadağan etmişdi. Lakin Nuru Killigil bu yasağa məhəl qoymurdu.

1949-cu il martın 1-də Nuru Paşa Misirdən böyük həcmdə silah sifarişi alır. Lakin bir gün sonra Sütlücədəki silah fabrikində böyük partlayış baş verir. Silah anbarı havaya uçur. Ətrafdakı binalar yerlə-yeksan olur. Rəsmi sənədlərə görə, 27 nəfər həlak olur. Nuru Paşanın cəsədi isə tikə-tikə olduğu üçün gec tapılır.

***

“Çox məyusam”

Hər il 15 sentyabr ərəfəsində sosial şəbəkələrdə və mətbuatda Qafqaz İslam Ordusunun Bakını işğal etdiyini yazanlar da tapılır. Halbuki, bu ordunun Bakıya gəlməsinin səbəbi Azərbaycanla Osmanlı arasında bağlanmış müqaviləyə əsasən idi. Şübhəsiz ki, Bakının azad edən Nuru Paşa ölkədə ciddi bir güc idi. Dövlət rəhbərləri onunla hesablaşırdılar. Amma Nuru Paşa buraya nə üçün gəldiyini də unutmamışdı. Bəs, o, Azərbaycanın başçısı ola bilərdimi?

Nuru Paşanın müşaviri kimi Bakıya gəlmiş Əhməd Ağaoğlunun oğlu Səməd Ağaoğlunun “Hərbiyyə nazirinin qardaşı” adlı məqaləsinə diqqət edək: “... Atəşkəs oldu. Yeni hökumət Qafqaz Ordusuna dönmək əmrini verdi. Gənc komandan zabit dostlarını toplayaraq “mən dönməyəcəyəm, sizlər sərbəstsiniz!” dedi. Sonra özü ilə birlikdə qalanlarla Qafqazı işğal etməyə başlamış ingilislərə qarşı mücadiləyə başladı. Bu, onun üçün yepyeni bir sərgüzəşt dövrünün başlanğıcı idi. İstəsəydi, orada Azərbaycan hökumətinin başına keçə bilərdi. Xalq bunu təklif, hətta israr edirdi. Fəqət, o, ingilislərin onun şəxsiyyətini bəhanə edərək müstəqil bir türk dövlətinin, Azərbaycan Cümhuriyyətinin qurulmasına mane ola biləcəklərini düşündü...”

S.Ağaoğlu “Atamın dostları” adlı kitabında yayımladığı bu yazısında Nuru Paşanın II Dünya müharibəsi illərində Rusiyanın əsarəti altında olan türk yurdlarını yenidən xilas etmək üçün Almaniyaya getdiyini də yazır: “Almaniyaya bu həyəcanla getdikdən üç ay sonra döndü. İlk qarşılaşdığımızda “çox məyus gəlirəm, anladım ki, bu adamlar bir şey etməyəcəklər” deyərək xeyli almanlardan şikayət etdi”.

“Şəhərdə hər kəs türkcə danışırdı”

Azərbaycan mühacirlərindən, legioner Cabbar Ərtürk 1956-cı ildə Kayseridə “Zafer” mətbəəsində çap etdiyi “Anayurdda unudulan türklük” adlı kitabında isə Qahirədə Nuru Paşa ilə görüşdüyünü yazır: “1948-ci ildə Qahirədə mərhum general Nuru Paşanın (Sütlücə şəhidi Nuru Killigil) əlini öpmək üçün qayınanasının evinə getdim. Onun mənə söylədiklərini qeyd etməyi lazım bilirəm: “...İran torpaqları içərisində Savuçbulaq qəsəbəsinə gəldiyimiz gün təəccübdən özümə gələ bilmədim. Şəhərdə hər kəs türkcə danışırdı. Bunların başqa dillərinin olub-olmadığını tədqiq etmək üçün bir neçə zabit göndərdim və ana dillərinin türkcə olduğunu öyrəndim. Ondan sonra Qafqaz dağlarının ötəsinə qədər getdiyim yurdların hamısı türklərlə dolu idi. Buralardakı türklük nədən unudulmuşdu heç cür anlamadım...

Yüz nəfərə qədər zabit və əsgərlərimlə Gəncəyə vardım. Dərhal türklərin təşkilatlanması ilə məşğul oldum. Ruslar türk kəndliləri silahdan başları çıxmasın deyə onları əsgəri xidmətə aparmırdılar... Fəqət rus ordusunda bir çox türk zabiti ilə rastlaşdım. Onlar zəngin təbəqənin uşaqlarından ibarət bir zümrə idilər və ruslar bunların qabiliyyətlərindən istifadə etməyə ehtiyac duymuşdular. Fəqət kəndli və işçilərdən bir nəfər də əsgərlikdən başı çıxan yox idi. Yalnız Galiçyada almanlara qarşı savaşmaq üçün bütün müsəlman qəbilələrindən təşkil edilmiş, fəqət hərb bitər-bitməz tərksilah edilərək vətənlərinə göndərilmiş bir neçə nəfərə rastladım. Ruslar özlərindən fərqlənsinlər deyə bu diviziyaya “Vəhşi Diviziya” adını vermişdilər.

Azərbaycana gəldiyimiz zaman qarşılaşdığımız mənzərə belə idi. Türkləri təşkilatlandırmaq üçün çox çalışmaq lazım idi. Bu sahədə bizə rus ordusunda xidmət görmüş azərbaycanlı zabitlərin çox köməyi oldu. Onlar son hadisələrdən sonra rusların milli düşmən olduqlarını anlamışdılar. Artıq Vətən məfhumu onlarda da təşəkkül etmişdi. Nəhayət, gecəli-gündüzlü çalışmalarımız səmərə verdi. Yerli türklərin damarlarındakı qan onların anadolulu qardaşlarından fərqsiz olduğunu isbat etdi. Biz çalışmalarımızda müvəffəq olduq. Bakının qurtuluşunda yerli türklər də məhmətçik olaraq iştirak etdilər. Yüz illərdən sonra ilk dəfə batılı və doğulu türklər bir bayraq altında savaşırdılar...”

“Kaş öz həyatımı itirəydim…”

C.Ərtürk növbəti səhifələrdə Azərbaycanın istilasını eşitdiyi zaman Nuru Paşanının öz dilindən nə hisslər keçirdiyini yazır: “Qardaşımın şəhid olması qəlbimi nə qədər yandırdısa, Azərbaycanın istilası qəlbimi ondan da çox yandırdı. Qardaşım bir fani idi. Fəqət Azərbaycandakı türklük əbədi idi. Kaş öz həyatımı itirəydim, amma Azərbaycan türklüyün kənarında qalmayaydı”.

C.Ərtürk bu sözləri dedikdən sonra Nuru Paşanın gözlərinin dolduğunu və göz yaşlarını ondan gizlətməyə çalışdığını yazır…

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:41 18.05.2024
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
11:21 18.05.2024
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
11:11 18.05.2024
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
11:04 18.05.2024
Hamısı