Ermənistan nümayəndə heyətinin “Avronest” Parlament Assambleyasının Bakıda keçiriləcək iclasında iştirak edəcəyi dəqiqləşib.
Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Fuad Muradov bildirib ki, erməni deputatlar sentyabrın 22-ə planlaşdırılan iclasda iştirak etmək üçün Bakıya gələcəklər.
Erməni KİV-lərin yaydığı məlumata görə, Ermənistanı “Avronest” PA-dakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan və heyətin üzvü Mane Tandilyan təmsil edəcək. Onlar sabah Bakıya yola düşəcəklər.(azvision.az)