Mehriban Əliyeva məktəbin şəraiti ilə tanış oldu

Siyasət 21:13 05.10.2017
Oktyabrın 5-də - Beynəlxalq Müəllimlər Günündə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində Qubadlı rayon Xanlıq kənd ümumi orta məktəbi üçün istifadəyə verilən yeni binada yaradılan şəraitlə tanış olub.
 
Axar.az xəbər verir ki, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov məktəbin binasında yaradılan şərait barədə Mehriban xanım Əliyevaya məlumat verdi.
 
Qeyd edildi ki, bu təhsil müəssisəsi 2017-2018-ci tədris ilində istifadəyə verilib. Təhsil ocağı 2000-ci ildən vaqonlarda fəaliyyət göstərirdi. Məktəbin binasının inşasına bu il başlanılıb və dörd ay ərzində tikilib istifadəyə verilib. 196 şagird yerlik məktəb Qubadlıdan olan məcburi köçkün ailələrinin və ətraf ərazidə yaşayan sakinlərin övladları üçün nəzərdə tutulub.
 
Mehriban xanım Əliyeva məktəbdə təhsil alan birinci sinif şagirdləri ilə söhbət etdi, onların dərsləri ilə maraqlandı. Uşaqlar məktəbdə tədris üçün bütün şəraitin mövcud olduğunu söylədilər və yaxşı oxuyacaqlarına söz verdilər. Ən müasir avadanlıqla təchiz edilən binada tədrisin yüksək keyfiyyətlə təşkili üçün hər cür şərait yaradılıb. Məktəbdə şagirdlər birinci sinifdən doqquzuncu sinfə qədər təhsil alırlar. Kabinetlərin və laboratoriyaların hamısı lazımi avadanlıq və dərs ləvazimatları ilə təmin edilib.
 
İnformatika otağında şagirdlərin kompüter bacarıqları ilə maraqlanan Azərbaycanın Birinci vitse-prezidenti onlara uğurlar arzuladı.
 
Birinci vitse-prezident Mehriban Əliyeva yüksək balla ali məktəblərə daxil olan Qubadlı rayonunun şagirdlərinin fotolarından ibarət stendə baxdı.
 
Təhsil müəssisəsində son 10 ildə bu rayondan olan məcburi köçkünlər üçün tikilmiş yeni məktəb binalarını əks etdirən fotostend də qoyulub.
 
Azərbaycanın Birinci vitse-prezidenti dövlətimizin başçısı İlham Əliyevin Qubadlı rayonundan olan idmançılarla görüşünə həsr edilən fotostendlə də tanış oldu.
 
Mehriban xanım Əliyeva Qubadlıdan olan idmançıların məşqini izlədi.
 
Məktəbin kollektivi ilə görüşən Mehriban Əliyeva tədris ocağının yeni binasının istifadəyə verilməsi və Beynəlxalq Müəllimlər Günü münasibətilə təbriklərini çatdırdı.
 
“Məktəb illəri hər bir insanın həyatında silinməz iz qoyur. Sizin peşəniz olduqca vacibdir”, - deyən Birinci vitse-prezident təhsil müəssisəsinin kollektivinə fəaliyyətlərində uğurlar arzuladı.
 
Sonda xatirə şəkli çəkdirildi.
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı