Sarkisyan Soçiyə Əliyevə təslim olmağa gedir “Ermənistanı qaranlıq gecə gözləyir”

Siyasət 13:12 11.10.2017
Bu gün MDB dövlət başçılarının Soçidə sammiti keçiriləcək.
 
Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak etmək üçün Soçiyə səfər edib.
 
Soçidə keçirilən sammitdə Ermənistan prezidenti Serj Sarkisyan da iştirak edəcək. Sammit çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşəcəyi haqda ehtimallar səsləndirilir. Bununla bağlı heç bir rəsmi məlumat olmasa da, bir neçə ay öncə prezidentlərin ilin sonuna kimi Rusiyanın təşkilatçılığı ilə görüşəcəyi haqda yayılan məlumatlar bu ehtimalı artırır. Hər şey günün sonunda bəlli olacaq.
 
“Ermənistanı qaranlıq gecə gözləyir”.
 
Bu barədə erməni siyasi şərhçi Sarkis Artsruni Soçidə mümkün görüşü obrazlı şəkildə şərh edərkən deyib.
 
Erməni şərhçi İrəvanın Soçidə görüşün olmayacağına ümidlər bəslədiyini qeyd edib. Çünki Moskvanın təşəbbüsü ilə keçirilən üçtərəfli – Rusiya, Azərbaycan və Ermənistan - Qarabağ görüşü heç vaxt İrəvanın xeyrinə olmayıb.
 
“Görüşün olması ehtimalı azdır, görüş olsa belə, ciddi nəticələr gözlənilmir. Lakin məsələ Rusiyanın təşəbbüsü ilə keçirilə biləcək görüşdə Ermənistan maraqlarının diqqətə alınmamasından gedir. Bu baxımdan, görüş olarsa, Soçidə Ermənistanı qaranlıq gecə gözlədiyini deyə bilərik. Ermənistan hakimiyyəti isə bunu bilə-bilə Rusiya qarşısında boyun əyir. Belə demək mümkünsə, Serj Sarkisyan Soçiyə Putin və Əliyevə təslim olmağa gedir”, - deyə o vurğulayıb.
 
Ermənistanı narahat edən məqam üçtərəfli görüşdə ərazilərin azad olunması məsələsinin əsas prioritet məsələ kimi müzakirəsidir. Rusiya öz planını həyata keçirməkdə israrlı görünür. Söhbət ilkin mərhələdə 5 rayonun azad olunması, sonrakı mərhələlərdə digər rayonların taleyi və Qarabağın statusunun müzakirəsindən gedir. Kremlin ideoloqu hesab olunan Aleksandr Duqin də ötən həftə bunu təsdiqlədi və qeyd etdi ki, “prezidentlərin görüşündə 5 rayonun qaytarılması müzakirə ediləcək”.
 
Lakin o da mümkündür ki, Soçidə görüş olmasın, əvəzində Rusiya hər iki tərəflə müzakirə edərək, prezidentlərin gələcək görüşünün vaxtını müəyyənləşdirsin.
 
Erməni siyasi şərhçi Aram Amatuni isə yazır ki, əsas məsələ "kim güzəştə getdi” sualıdır”.
 
Onun sözlərinə görə, Ermənistan “atəşkəsə nəzarət mexanizmi”ni danışıqlara başlamaq üçün ilkin şərt kimi irəli sürürdü.
 
“Lakin prezidentlərin görüşə hazırlaşdığı vaxtda heç kim bu haqda danışmır. Bu da “kim güzəştə getdi” sualını yaradır. İrəvanda siyasi təbliğatçılar Azərbaycanın güzəştə getdiyini israrla bildirirlər, hərçənd, bu, inandırıcı deyil və inandırıcı olması üçün kiçik arqument belə yoxdur. Əslində, bütün bu təbliğat Ermənistanın geri çəkildiyini ört-basdır etməyə hesablanıb”, - deyə o bildirib.
 
A.Amatuni Dağlıq Qarabağ cəbhəsində güclü silahlanmanın getdiyini qeyd edib: “Azərbaycan ordunu hər keçən gün daha güclü və hazır vəziyyətə gətirir. Bu da Ermənistan üzərində böyük təzyiq deməkdir. Beynəlxalq ekspertlər hesab edirlər ki, yaxın günlərdə danışıqlarda hər-hansı tərpəniş olmasa, bu, regionda böyük risklər yaradacaq. İndiki məqamda görünən odur ki, prezidentlərin Soçidə, yaxud başqa bir yerdə görüşməsinin o qədər də əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan budur ki, danışıqlar “Madrid prinsipləri” əsasında hazırlanır”.(publika.az)
Gürcüstan etirazları, Sülh perspektivləri və COP29-un Qlobal əhəmiyyəti - Keçmiş ABŞ səfiri ilə MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Vəhşicəsinə öldürülən Könülün sonuncu dəfə telefonla danışdığı qadın da ÖLDÜ
06:34 18.05.2024
Meksikada atışmada merliyə namizəd və daha 5 nəfər ölüb
05:28 18.05.2024
Rusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var
04:06 18.05.2024
Azərbaycanın voleybol millisi Xorvatiyanı məğlub edib
03:59 18.05.2024
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib
02:17 18.05.2024
Slovakiyanın Baş nazirinə sui qəsd etmək istəyən şəxs məhkəmə qarşısına çıxarılacaq
01:00 18.05.2024
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
00:16 18.05.2024
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
23:55 17.05.2024
Yeni Kaledoniyada etirazlar zamanı 163 nəfər saxlanılıb
23:30 17.05.2024
ABŞ generalı: Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq
23:13 17.05.2024
Bəzi rayonlara yağış, qar yağıb, Qəbələyə dolu düşüb - YENİLƏNİB-2
22:56 17.05.2024
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb
22:35 17.05.2024
Fransa Yeni Kaledoniyanın bəzi ərazilərinə nəzarəti itirib
22:29 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
22:00 17.05.2024
Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan QOVULDU
21:41 17.05.2024
Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb
21:22 17.05.2024
DVX: Azərbaycanda bütün vergi tənzimləmə alətləri milli karbonlaşma tədbirləri ilə uyğunlaşdırılacaq
21:00 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
20:51 17.05.2024
Qaxda Gürcüstan vətəndaşının meyiti tapılıb
20:40 17.05.2024
Almaniya XİN Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləməyə hazır olduğunu bəyan edib
20:30 17.05.2024
Aleksey Overçuk: Rusiya Şimal-Cənub dəhlizinin yaradılmasında Azərbaycanla sıx əməkdaşlıq edir
20:20 17.05.2024
Azərbaycanda qanunlar o qədər təmiz işləyəcək ki... - Ekstrasenslə MÜSAHİBƏ
20:00 17.05.2024
Azərbaycan Prezidenti: 1993-cü ilə qədər bizdə 8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü
19:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar - YENİLƏNİB
19:38 17.05.2024
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
19:30 17.05.2024
Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb
19:19 17.05.2024
Rusiya Çindən asılı hala düşür? – Politoloq açıqlayır - ÖZƏL
19:00 17.05.2024
Ərdoğan TDT ölkələrinin ailə və sosial siyasətdən məsul şəxslərini qəbul edib
18:41 17.05.2024
“Tərtər işi”nə görə həbs edilən generalın cəzası AZALDILDI
18:20 17.05.2024
Ermənistan və Türkiyənin mədəniyyət nazirləri tarixi körpünün bərpasını müzakirə ediblər
18:11 17.05.2024
Azərbaycanlı skripkaçı İtaliyada qalib oldu
18:02 17.05.2024
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
17:44 17.05.2024
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
17:29 17.05.2024
Aprelin 21-də keçirilən buraxılış imtahanının nəticələri AÇIQLANDI
17:23 17.05.2024
Bakıda külək güclənib – FAKTİKİ HAVA
17:20 17.05.2024
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
17:17 17.05.2024
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
17:15 17.05.2024
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
17:00 17.05.2024
DİQQƏT: Müəllim olmaq istəyənlərin sənəd qəbulunun vaxtı 5 gün sonra BİTİR
16:55 17.05.2024
Vətən Müharibəsi Qəhrəmanı Türkiyədə hərbi attaşe TƏYİN EDİLDİ
16:50 17.05.2024
Hamısı