Türkiyənin Böyük Millət Məclisində “Qarabağ” futbol klubunun posteri açılıb.
Poster Azərbaycan bayrağı ilə birlikdə Çempionlar Liqasındakı təmsilçimizə dəstək olmaq məqsədilə qaldırılıb.
Hadisənin görüntüləri “Qarabağ” futbol klubun rəsmi feysbuk səhifəsində yayımlanıb.
Qeyd edək ki, sözügedən poster “Qarabağ”-“Atletiko” matçında yerli azarkeşlər tərəfindən hazırlanmışdı Türkiyənin “Sabah” qəzetinin yazarı Mevlüt Tezel isə posteri “əzik və gülməli” adlandıraraq azarkeşləri təhqir etmişdi.