"Hesab edirəm ki, Ermənistan və Azərbaycan prezidentlərinin Cenevrə görüşü barədə pozitiv formada danışması olduqca yaxşı faktordur"
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqları şərh edərkən bildirib.
XİN rəhbərinin sözlərinə görə, yaxşı olar ki, pozitiv münasibət Qarabağ münaqişəsinin nizamlanmasına yansısın: "ATƏT-in Minsk qrupunun həmsədrləri bu işlə məşğuldurlar. Bir neçə gün bundan əvvəl Azərbaycan və Ermənistan XİN rəhbərləri Moskvada həmsədrlərlə görüşlər keçirdilər. Biz fransalı və amerikalı həmkarlarla birgə hazırda harada olduğumuzu analiz edəcəyik. Nizamlanmanın əldə olunması üçün şəraitin yaradılması istiqamətində aktiv şəkildə səylər göstərəcəyik. Lakin mən həddən artıq optimist bəyanat səsləndirmək istəməzdim. Münaqişə olduqca çətin münaqişədir və danışıqlar zamanı əldə etdiyimiz təcrübə göstərir ki, danışıqlar tezliklə yekunlaşmayacaq".