"Rusiya QHT-ləri ilə əməkdaşlıq üçün böyük potensial var" Azay Quliyev

Siyasət 21:59 30.11.2017
"Azərbaycan və Rusiyanın ictimai sektorları arasında münasibətlərin səviyyəsi bizi qane etmir".
 
Bunu Rusiya İctimai Palatası rəhbərliyi ilə görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib. O, Rusiya İctimai Palatasının katibi Valeri Fadeyevin dəvəti ilə Moskvaya səfərə gəldiklərini söyləyib: "Bugünkü görüşün məqsədi iki qurum arasında gələcək əməkdaşlıq məsələlərini müzakirə etmək idi. Azərbaycanla Rusiya arasında isti münasibətlər mövcuddur. Hər iki ölkə bir-birini strateji tərəfdaş adlandırır. Dövlət başçıları arasında münasibətlər yüksək səviyyədədir. Rusiyada çoxlu sayda azərbaycanlılar yaşayır. Azərbaycanda da çoxlu sayda rus var".
 
A. Quliyev dövlətlər arasında münasibətlərin səviyyəsinin yüksək olmasına baxmayaraq, iki ölkə arasında ictimaiyyətlərarası münasibətlərin yüksək səviyyədə olmadığını vurğulayıb: "Azərbaycan və Rusiya QHT-lərinin birgə əməkdaşlıq etməsi üçün çox böyük potensialı var. Bu əməkdaşlığı təmin etmək üçün bu gün Rusiya İctimai Palatası ilə görüş keçirdik. Gələcək fəaliyyəti özündə əks etdirən bir çərçivə sənədi üzərində işləyirik. Bu, birgə əməkdaşlıq və işbirliyi haqqında anlaşma Memorandumudur. Bildiyiniz kimi, sonuncu dəfə 2013-cü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Rusiya İctimai Palatası arasında belə Memorandum imzalanmışdı. Lakin həmin sənədin vaxtı bitib. Onu yeniləmək lazımdır. Burada çox maraqlı və məhsuldar müzakirələrimiz oldu. Demək olar ki, bütün məsələlərdə vahid mövqe nümayiş etdirdik. Bəzi həssas məsələlərdə ümumi yanaşma yoxdur. Lakin ümid edirəm ki, bizim sonrakı dialoqumuz imkan verəcək ki, bütün məsələlər üzrə ümumi razılığa gələk. Dörd istiqamətdə işçi qrupların yaradılması haqqında razılıq əldə etdik. Bu qruplar əsasən gənclər və tələbələrin fəaliyyətini əhatə edən, təhsil-elm və mədəniyyət sahəsində əməkdaşlıq sahəsində, insan hüquqlarının qorunması, miqrasiya məsələləri və ictimai nəzarət, birgə tədbirlərin və mübadilə proqramlarının təşkili üzrə işçi qruplarıdır". 
 
A. Quliyev miqrasiya məsələləri və insan hüquqlarının qorunması ilə bağlı işçi qrupun yaradılmasının önəmini də qeyd edib: "Bildiyiniz kimi, Rusiyada həm Rusiya vətəndaşı, həm də Azərbaycan vətəndaşı olan azərbaycanlılar yaşayırlar. Onların hüquqlarını qorumağa böyük ehtiyac var. Bununla bağlı çoxlu sayda məsələlər gündəmə gəlir. Bu gün İctimai Palata və Rusiyanın digər QHT-ləri bu məsələlərlə bağlı çox böyük işlər görə bilər. Bizim üçün bu, həyati əhəmiyyətli məsələdir. Ona görə də birgə işçi qrupu yaratdıq. Bu işçi qrupu əsas vəzifəsi bu sahədə olan problemləri müəyyən etmək və onların aradan qaldırılması ilə bağlı addımlar atmaqdan ibarətdir".
 
A. Quliyev İctimai Palata rəhbərliyini Azərbaycana səfər dəvət etdiklərini də söyləyib. (APA)
 
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Hamısı