Azərbaycan mədəniyyətlərarası inteqrasiya yolu ilə dünyada dialoqun və tolerantlığın inkişaf etdirilməsi ənənəsinə həmişə sadiq qalıb.
Bunu BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasseri jurnalistlərə açıqlamasında bildirib.
O bildirib ki, BMT-nin Sivilizasiyalar Alyansı Azərbaycanla bu sahədə əməkdaşlıq etməkdən məmnundur: "Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansı 7-ci Qlobal Forumuna ev sahibliyi edir və biz bunu yüksək qiymətləndiririk".
O deyib ki, Azərbaycan dünyada mədəniyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın və tolerantlığın inkişaf etdirilməsi kimi vacib bir işə mühüm töhfə verir.
"Trend"