AŞPA-da Sarkisyana qarşı səssiz etiraz - FOTOLAR | Eurasia Diary - ednews.net

14 Noyabr, Cümə axşamı


AŞPA-da Sarkisyana qarşı səssiz etiraz - FOTOLAR

Siyasət A- A A+
Azərbaycanın hüquq müdafiəçisi Əhməd Şahidov AŞPA-nın qış sessiyasında Ermənistan prezidenti Serj Sarkisyanın çıxışı zamanı ona qarşı səssiz etiraz aksiyası keçirib.
 
Ə.Şahidov Sarkisyan çıxış edərkən əlində Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovun fotolarını tutub.
 
 
“Mən əyləşən sektorda hamısı erməni idi, amma heç nə edə bilmədilər.Məsələyə AŞPA-nın təhlükəsizlik xidmətinin əməkdaşları qarışdı və məni zaldan çıxardılar. Sarkisyanın başını qaldırıb girovların fotolarına baxması bu mübarizəmizin boşuna getmədiyini göstərdi” - deyə Şahidov bildirib.
 
 
O, Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti Georgi Loqvinskiyə kəlbəcərli girovlarla bağlı ətraflı məlumat verdiyini qeyd edib.

azvision.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...