Mehriban Əliyeva Cənubi Qafqazın ən nüfuzlu xanımı seçildi FOTOLAR

Siyasət 19:10 02.02.2018

Rusiyanın “LIVEJOURNAL” nəşrində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı Cənubi Qafqazın ən nüfuzlu xanımı kimi səciyyələndirən məqalə dərc olunub.

Məqalədə deyilir: "Bu yaxınlarda, daha dəqiq desək 2017-ci il dekabrın 26-da Moskvadakı Xilaskar İsa Kafedral Kilsə Məbədinin Taxt-tac salonunda Moskvanın və bütün Rusiyanın patriarxı Zati-müqəddəsləri Kirill Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı II dərəcəli Müqəddəs Mələksima Knyagina Olqa ordeni ilə təltif edib. Mehriban Əliyevaya bu mükafat “Rus Pravoslav Kilsəsinə yardımına və Həştərxan şəhərinin abadlaşdırılmasına göstərdiyi qayğıya görə” təqdim edilib. Bununla əlaqədar belə bir sual yaranır: Mehriban Əliyeva nə iş görüb ki, belə bir yüksək ordenlə təltif olunub. Sən demə, buna əsaslı səbəb var imiş. İnternetdə onun haqqında məlumat çoxdur. Biz Mehriban xanımın kimliyini və onu məşhurlaşdıran məsələləri araşdırmağa çalışdıq. Onu Cənubi Qafqazın ən nüfuzlu xanımı adlandırırlar, müasir dəbin simalarından biri hesab edirlər və artıq bir ilə yaxındır ki, ölkənin Birinci vitse-prezidenti vəzifəsində çalışır. İnsanlar bu xanımın müdrikliyinə və gözəlliyinə heyrandırlar. Mehriban Əliyeva 1964-cü il avqustun 26-da Bakıda ziyalı ailəsində anadan olub. O zaman heç kəsin ağlına da gəlməzdi ki, vaxt gələcək Mehriban xanım ən nüfuzlu siyasətçi qadınlardan biri olacaq. 1988-ci ildə İ.M.Seçenov adına Birinci MoskvaDövlət Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib. Mehriban xanım tələbəlik dövründə Azərbaycan Respublikasının indiki Prezidenti, o vaxt hələ Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun aspiranturasında oxuyan İlham Əliyevlə ailə qurub.



 Zahirən kövrək bir qadın olan Mehriban Əliyeva bütün həyatını ictimai fəaliyyətə və insanlara kömək işinə həsr edib. O, dörd ildən artıq müddətdə Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda işləyib, sonra, 1995-ci ildə “Azərbaycan Mədəniyyətinin Dostları” adlı xeyriyyə fondunu yaradıb və ona rəhbərlik edib, “Naslediye-İrs” adlı mədəni-tarixi jurnal təsis edib və bu nəşrin redaktoru olub. Mehriban Əliyevanın öz ölkəsində və bütün dünyada statusunu nəzərə almamaq olmaz. Prezidentin xanımı, indi isə həm də Azərbaycanın Birinci vitse-prezidenti respublikada mühüm bir qurum olan Heydər ƏliyevFonduna başçılıq edir. 2004-cü ildə Heydər Əliyev Fondu yaradılan vaxtdan bu Fondun prezidentidir. Mehriban Əliyevanın siyasi karyerası və ictimai fəaliyyəti dövründə onun dəstəyi ilə yüzlərlə məktəb və xəstəxana tikilib. O, ehtiyacı olanlara həmişə kömək əlini uzadır.



Mehriban Əliyeva deyir: “Həqiqi mərhəmət real işlər görülməsini, konkret addımlar atılmasını tələb edir. Ən dəhşətlisi laqeydlik və biganəlikdir. Bunlar olmamalıdır. Sən istər ictimai xadim ol, istər dövlət xidmətində çalış, sadəcə, insanlığı qoruyub saxlamaq lazımdır”. Mehriban Əliyevanın son altı ildə rəhbərlik etdiyi, imic əhəmiyyəti kəsb edən layihələrə diqqət yetirək:
 
-Bakıda “Eurovision-2012”;
 
-2015-ci ildə Avropa Oyunları;
 
-2017-ci ilin mayında Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunları.
 
O, Şərq ölkələrində siyasətin yalnız kişi işi olması barədə stereotipi uğurla təkzib edir. Mehriban Əliyeva karyerası dövründə dəfələrlə müxtəlif fəxri təltiflərə layiq görülüb. Məsələn, Fransa Respublikasının “Fəxri Legion Zabiti” ordeni və UNESCO-nun Qızıl “Motsart medalı”. 2005-ci ildə o, ictimai, mesenatlıq və xeyriyyə fəaliyyətinə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə sanballı töhfələrə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmləndirilməsinə görə Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə layiq görülüb. Azərbaycanın birinci xanımı dəfələrlə vurğulayıb ki, Rusiya ilə Azərbaycan arasında əlaqələrin uğurlu inkişafı çox vacibdir. Məhz bu səbəbdən o, Azərbaycanda rus dilinin inkişafına, respublikadakı rusdilli orta və ali təhsil müəssisələrinə bu cür qayğı göstərir. Azərbaycanın Birinci vitse-prezidentinin fikrincə, “Rusiya ilə Azərbaycan arasında münasibətlər möhkəm tarixi təməl üzərində qurulur və dostluq, qarşılıqlı anlaşma və sıx əməkdaşlıq xarakteri daşıyır”.



 Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi respublika isteblişmentində onun yüksək statusunu rəsmən təsbit edib. Necə deyərlər, birinci xanım dövlətdə ikinci şəxsdir. Onun bu vəzifəyə təyin edilməsinə ictimaiyyətin münasibəti birmənalı olmasa da, Azərbaycan və Rusiya xalqları bu xəbəri çox səmimi və müsbət qarşıladılar. Çünki birinci xanımın həm öz ölkəsində, həm də Rusiyada necə böyük hörmət qazanması və onun öz xalqının mənafeyi naminə gördüyü işlərə görə necə sevilməsi məlumdur. Zəngin iş təcrübəsinə malik olan Mehriban Əliyeva bu vəzifəyə təyin ediləndən dərhal sonra fəal və qətiyyətli işlərə başlayaraq ölkə Prezidentinin düzgün qərar qəbul etməsini sübuta yetirdi. Mehriban Əliyevanın uğurları təkcə siyasi və ictimai fəaliyyətlə məhdudlaşmır. O, həm də qayğıkeş həyat yoldaşı və üç övlad böyüdən xoşbəxt anadır. Əliyevlər ailəsi nümunəvi ailədir. Təntənəli tədbirlərdə Prezident və xanımı həmişə birgə iştirak edirlər. Ailə qurmalarından 30 ildən çox keçməsinə baxmayaraq, onlar bir-birinə sevgi və qarşılıqlı hörmət hisslərini qoruyub saxlayıblar. Buna görə onlara heyran olmamaq mümkün deyil. Mehriban xanım öz ailəsini çox sevir və həmişə onun yanında olmağa çalışır, çünki onun fikrincə, məhz ailə dəyərləri birinci yerdə olmalıdır.


 
Bütün bunlarla bərabər, ötən illər ərzində Mehriban Əliyeva həm də dəbin həqiqi siması sayılıb. Birinci ledinin fotoşəkilləri dünyanın moda nəşrlərinin səhifələrindən düşmür. Onun qüsursuz zövqü və gözəlliyi stilistlərin və dizaynerlərin dilinin əzbəridir. Həqiqətən, zaman keçdikcə bu xanımın məlahəti əsla azalmır. Mehriban xanımı çox vaxt qızları ilə dəyişik salırlar. Məsələn, Ağ evdə Əliyevlər ilə ABŞ-ın sabiq vitse-prezidenti Dik Çeyninin ailəvi görüşü zamanı maraqlı bir hadisə olub: tədbirdə təhlükəsizliyi təmin edən ABŞ xüsusi xidmətlərinin agentləri Əliyevlər ailəsi ilə ilk görüş zamanı Azərbaycan ailəsinin nümayəndələrindən kimin ana və kimlərin onun qızları olmasını dərhal anlaya bilməyiblər. Təsadüfi deyil, dünya birliyi Mehriban Əliyevanı ən cazibədar birinci xanım hesab edir.

 
Bütün bunlara və bir sıra başqa səbəblərə görə Mehriban Əliyeva elə bir siyasətçidir ki, dünyanın hər yerində onun haqqında danışırlar və danışmaq istəyirlər. Heç şübhəsiz, Mehriban Əliyeva hazırda karyerasının zirvəsindədir. Lakin onun xarakterini, özünə inamını və son dərəcədə dözümlü olmasını nəzərə alaraq cəsarətlə deyə bilərik ki, kamilliyin son həddi yoxdur. Mehriban xanımın Azərbaycanda, Rusiyada və dünyanın digər ölkələrində inanılmaz dərəcədə populyarlığı əsil fenomendir. Onun Rus Pravoslav Kilsəsi isə onun gördüyü xeyirxah işləri ordenlə mükafatlandırıb". 
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Hamısı