“Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün edilən 6 müraciətə müsbət cavab verilib”.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.
MSK sədri bildirib ki, indiyə qədər 13 nəfər prezidentliyə namizədliyini irəli sürüb: “Bu namizədlərdən 12-nin prezidentliyə namizədliyi təsdiq edilib. Onlardan 7-si siyasi partiya, 1-i təşəbbüs qrupu tərəfindən, 4-ü isə öz təşəbbüsü ilə irəli sürülmüş namizədləridir”.
M.Pənahov qeyd edib ki, hazırda prezidentliyə namizəd