Kaliforniyadakı erməni lobbisinə gözlənilməz ZƏRBƏ

Siyasət 15:50 01.03.2018
Qondarma Sumqayıt hadisələrinə dair Kaliforniya Senatında keçirilən dinləmələrdə erməni lobbisi ifşa olunub.
 
28 fevral 2018-ci il tarixində ABŞ-ın Kaliforniya ştatının paytaxtı Sakramento şəhərində erməni lobbisinin təşkilatçılığı ilə Kaliforniya Ştat Senatında Sumqayıt hadisələrinin 30 illiyinə, Kaliforniya ştatı ilə Ermənistan arasında iqtisadi əlaqələrin təşviqinə və Türkiyədən Kaliforniya sərmayələrinin çıxarılmasına həsr olunmuş dinləmələr keçirilib.
 
Təxminən 1 milyonadək erməninin yaşadığı Kaliforniyadakı erməni lobbisinin aramsız səylərinə və ayrı-ayrı senatorlara böyük məbləğlərdə pul xərcləməsinə baxmayaraq, Kaliforniya Ştat Senatının 40 üzvündən yalnız ikisi (həyat yoldaşı erməni olan senator Skot Vilk və erməni lobbisinin çoxdankı havadarı senator Entoni Portantino) tədbirə qatılıb. 
 
Dinləmələr haqda xəbər aldıqdan dərhal sonra Kaliforniyada fəaliyyət göstərən Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyəti və Amerika Azərbaycan Mədəniyyət Cəmiyyətinin fəal üzvləri, o cümlədən Həmid Azəri, Samir Lütvəliyev, Anar Usubov və digərləri səfərbər olunaraq, tədbirə qatılıblar.
 
Tədbirdə Azərbaycanda yaşadığını və Sumqayıt hadisələrinin canlı şahidi olduğunu iddia edən erməni lobbisinin nümayəndəsi ölkəmiz əleyhinə böhtan xarakterli çıxış edərək, 1988-ci ilin Sumqayıt hadisələrini özlərinin uydurduğu versiyada təqdim edib. Senator Portantino və Vilk də onlara natiqə dəstək verərək, erməni lobbisinə yarınmağa çalışıblar. 
 
Dinləmələrdən sonra prosedur qaydalarına uyğun olaraq, ictimaiyyət şərh və suallar verməyə dəvət edilib. Bu zaman Senator Vilk bəhanə edərək tədbiri tərk edib. Azərbaycan icmasının gənc üzvlərindən biri senator E.Portantinoya müraciət edərək, deyib: “Siz Sumqayıt hadisələrindən danışdınız. Halbuki bu hadisələri törədənlərin hamısı məsuliyyətə cəlb edilib. Onlardan biri də Qriqoryan adlı erməni idi. Ancaq 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda dinc azərbaycanlılara qarşı həyata keçirilmiş insanlıq əleyhinə dəhşətli cinayətin günahkarları indiyədək cəzasız qalıb. Siz niyə çıxışınızda bu faktları qeyd etmirsiniz? Xocalı qətliamı ilə bağlı dinləmələr keçirəcəksinizmi?” O, senatoru məsələyə birtərəfli yanaşmamağa çağırıb. Bu cür sualı gözləməyən senator E.Portantino pərt şəkildə məsələni araşdıracağını bildirib.
 
Digər icma nümayəndəmiz çıxışında əslən Qarabağdan olduğunu, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ölkəmizdə 1 milyondan artıq insanın öz dogma yurdlarından didərgin düşdüyünü, hüquqlarının kobud şəkildə pozulduğunu qeyd edərək, “siz öz torpaqlarına qayıtmağı gözləyən o bir milyon insana nə deyə bilərsiniz?” sualını ünvanlayıb. Senator E.Portantino suala cavab verməkdən yayınıb.
 
Sonra daha bir soydaşımız, Kaliforniyanın nüfuzlu Kaliforniya Berkli Universitetinin tələbəsi çıxış edərək deyib: “Biz sizə sorğu ünvanlayaraq, Azərbaycan icmasından da bir nümayəndənin bu dinləməyə dəvət olunması və erməni nümayəndə ilə yanaşı çıxış etməsini xahiş etmişdik. Mənim sualım budur ki, hər iki tərəfin fikirlərini dinləmək əvəzinə siz niyə məsələyə birtərəfli yanaşaraq, yalnız erməni tərəfinə söz vermisiniz?”
 
Digər icma nümayəndəmiz sərt çıxış edərək deyib: “Siz qırğınlar törətmiş avtoritar rejimlərdən danışdınız. Lakin hazırda Ermənistanda hakimiyyətdə olan rejimi qeyd etmədiniz. Halbuki Ermənistanı bu gün idarə edən və siz, senator, Ermənistana səfərlərinizdə görüşdüyünüz o insanlar vaxtilə yüz minlərlə dinc azərbaycanlıya qarşı qırğınlar törətmiş şəxslərdir. Burada yaşayan və fəaliyyət göstərən erməni lobbisi və Ermənistan vətəndaşları sizə bu cür yalan məlumatlar çatdırırlar və siz, senator, bütün Kaliforniyanı təmsil edən rəsmi nümayəndə kimi bu yalanları sorğulayacaq ilk şəxs olmalısınız. Biz, Kaliforniya sakinləri sizdən çox məyusuq. Biz azərbaycanlılar sizin dəstəklədiyiniz Ermənistan hökuməti tərəfindən qırğına məruz qalmışıq. Ancaq siz həqiqətlərə göz yumursunuz, qarşı tərəfi dinləmək, doğruları öyrənmək istəmirsiniz. Mən buna çox təəssüf edirəm və sizə görə çox utanıram.”
 
Çıxış edən digər icma üzvləri, o cümlədən Xocalı soyqırımı şahidi Anar Usubov, senatorları məsələyə birtərəfli yanaşmamağa çağırıblar. Onlar Ermənistan-Azərbaycan münaqişəsi, Xocalı soyqırımı haqqında faktlar irəli sürərək, Azərbaycanın haqq səsini çatdırıblar. 
 
Dinləmələrdə iştirak edən, ABŞ-dakı radikal erməni lobbisinin aparıcı təşkilatları olan Amerika Erməniləri Milli Komitəsinin və Amerika Erməni Assambleyasının (Azərbaycan icmasının belə sərt təpkisini gözləməyən) rəhbər şəxsləri söz alaraq, E.Portantinonu düşdüyü pis durumdan çıxarmağa çalışsalar da, əksinə dolaşıq fikirləri özlərini bir daha ifşa ediblər. 
 
Senator E.Portantino icma üzvlərimizin ünvanladığı suallara çıxışlardan sonra cavab verəcəyini bildirsə də, tədbirin sonuna kimi səssiz qalaraq, heç bir münasibət bildirməyib və ümumu sözlərlə dinləmələri yekunlaşdırıb.

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Almaniya Müdafiə Nazirliyi Ukraynaya yardım üçün 3,8 milyard avro istəyib
10:20 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
10:00 19.05.2024
Lavrov Avropanı bir nəsil üçün “SİLDİ”: “Tərəfdaş kimi aktual olmayacaq”
09:40 19.05.2024
Putin Tokayevə Çin səfəri ilə bağlı təəssüratlarını bölüşüb
09:20 19.05.2024
İranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığı təsdiqlənib
09:00 19.05.2024
Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hamısı