Hüseyn Abdullayevin həbsi ilə bağlı ŞOK DETALLAR - FOTOLAR

Siyasət 10:17 25.04.2018

Türkiyədə həbs olunaraq Azərbaycana gətirilən sabiq deputat, “Quska” ləqəbli Hüseyn Abdullayev yaxın günlərdə istintaq təcridxanasına köçürüləcək.

Musavat.com bildirir ki, bu haqda onun vəkili Ruhid Əkbərov məlumat verib. Vəkil deyib ki, müvəkkili Azərbaycana gətiriləndən sonra istintaq hərəkətləri gerçəkləşdirilməyə başlayıb. Onu vergi cinayətləri ilə bağlı sorğu-sual edirlər. Hüseyn Abdullayev barəsində 6 il əvvəl, 2012-ci ildə Cinayət Məcəlləsinin 213-cü - külli miqdarda vergidən yayınma maddəsi ilə cinayət işi başlanıb. Həmin vaxt sabiq deputat ölkədən qaçdığı üçün barəsində həbsli axtarış elan olunmuşdu. Onu bir müddət beynəlxalq polis təşkilatı - İnterpol xətti ilə də bütün dünyada axtarırdılar. Sonradan Hüseyn Abdullayevin adı beynəlxalq polis təşkilatının axtarış siyahılarından çıxarıldı.

Azərbaycandan qaçaq düşəndən sonra Almaniyada məskunlaşan Hüseyn Abdullayev vəsaitlərinin böyük qismini bu ölkəyə transfer edərək, bizneslə məşğul olmağa başlayıb. Çoxsaylı evlər alıb, təmir etdirəndən sonra onları kirayəyə verən, ayrıca, eyni işi Avstriyada da həyata keçirdən Hüseyn Abdullayev bu iki ölkədə kiçik zavodlar da açıb. Barəsində beynəlxalq axtarış dayandırılandan sonra isə sabiq deputat bir sıra Qərb dövlətləri ilə yanaşı, Türkiyəyə də ayaq açıb. Orada da özünün biznesini yaratmağa başlayıb. Musavat.com-un əldə etdiyi məlumatlarda deyilir ki, H.Abdullayev Türkiyədə daha çox inşaat sektoruna yatırım edib və artıq bu ölkədə özünün ofisini qurub. Onun ofisində həm də Hüseyn Abdullayevin sosial şəbəkə hesablarının idarə edilməsini həyata keçirdən qrup da fəaliyyət göstərir.

Hüseyn Abdullayev Almaniya hökumətinin verdiyi pasporta o qədər güvənirmiş ki, özünün hansısa bir ölkədə həbs olunaraq Azərbaycana verilə biləcəyini ağlına da gətirmirmiş. O, ötən ilin yay tətilini anası və digər yaxınları ilə bərabər Ağdəniz sahillərindəki otellərdən birində keçirdib. Müntəzəm olaraq Türkiyəyə gedib-gələn Hüseyn Abdullayev bu ölkədə Azərbaycandan gələn tərəfdaşları və ölkəmizdəki “kuratorların” adamları ilə görüşür, təlimat alır, ya da özünə yaxın tərəfdarlarını qəbul edərək, müvafiq təlimatlar verirmiş. Təbii ki, bu haqda Azərbaycan hakimiyyətinin xəbəri olub. Lakin hər hansı bir skandal yaratmamaq üçün Azərbaycan istintaq orqanları onu Türkiyədə həbs etməyiblər.

Ä°lgili resim

O zamana qədər ki, Avropada yeni peyda olan “söyüş müxalifəti”nin H. Abdullayevlə və onun Bakıdakı “kurator”larla birbaşa əlaqələri üzə çıxıb. Azərbaycan xüsusi xidmət orqanları müəyyən ediblər ki, Avropadakı “söyüş müxalifəti”ni də, Əli Kərimlinin Avropa ölkələrindəki qruplarını da “Quska” ləqəbli Hüseyn Abdullayev üzərindən maliyyələşdirir və koordinasiya edirlər. Bu koordinatorlardan biri Azərbaycanın sabiq baş naziri Abbas Abbasovdur. İddialara görə, digər bir gizli iqtidar düşməni Avropa ölkələrindən birində səfir vəzifəsində çalışan tanınmış simadır. Bu qruplaşmanın mərkəzi isə Bakıda yerləşirmiş. Musavat.com belə məlumat əldə edib ki, hazırda istintaq H.Abdullayevin üzərindən həyata keçirilən bu sirli çevrəni müəyyən etmək üçün ciddi istintaq hərəkətləri aparır.

Hüseyn Abdullayevin Türkiyədə həbs olunması təfərrüatları da maraqlıdır. Bəziləri istintaq sirri olduğu üçün bunu açıqlamırıq. Lakin onu bildirək ki, H.Abdullayev çox “məşhur” əyləncə mərkəzlərindən birində həbs olunub. Həmin yer Türkiyənin çox ünlü ticarət mərkəzi kompleksi nəzdindədir. Həmin nəhəng kompleksin üstü isə yaşayış binalarıdır və orada H. Abdullayevin mənzili var. Azərbaycan istintaq orqanlarının, Türkiyədəki həmkarları ilə bərabər keçirtdiyi əməliyyat 3 gün çəkib və nəticədə H.Abdullayevi məhz qeyri-iş günündə saxlayıb, Bakıya gətirmək qərara alınıb. İddialara görə, bunu özünün də səbəbi var: “Filan səfirlik həmin gün işləmir və bu səbəbdən də adamları olan ”Quska"nın yardımına yetişə bilməzdi"...

Hüseyn Abdullayev ile ilgili görsel sonucu

Mənbə əmindir ki, Hüseyn Abdullayev çox tezliklə ötəcək: “Bundan əvvəl, qısamüddətli həbsi dönəmində o, özünü çox biabırçı aparıb. Ağlayır, yalvarır, saatlarla qışqırır, kömək istəyirdi. Belə adamların bərkdə əli yoxdur və tezliklə Hüseyn Abdullayev istintaqla əməkdaşlığa gedəcək”... Bu da o deməkdir ki, indiki hakimiyyətin müəyyən eşelonunda yer alan bəzi məmurların, eləcə də iqtidardan uzaqlaşdırılan bir sıra oliqarxların “başları” gedəcək. Onlardan biri də sabiq təhlükəsizlik naziri Eldar Mahmudovdur.

Eldar Mahmudov hələ nazir olarkən H.Abdullayevin əsas kuratoru olub. Sirr deyil ki, Hüseyn Abdullayev 2005-ci ildə parlamentə Eldar Mahmudovun siyahısı üzrə düşə bilmişdi. Onun parlamentdə hakimiyyətin qüdrətli məmurlarına qarşı məlum çıxışlarının tezislərinin də Mahmudovun nazirliyində hazırlandığı iddia olunur. 2007-ci ildə həbsindən sonra onun “yüngül srok”la azadlığa buraxılmasında da bu gün kuratoru kimi adıçəkilən Eldar Mahmudovun birbaşa rolu olub. Bundan başqa, Hüseyn Abdullayevin Qərb dövlətlərindən birinin ölkəmizdəki səfiri ilə də münasibətləri, əlaqələri haqda bilgilər var. Sabiq deputatın həmin səfirin derektivləri ilə çıxışlar etdiyi də iddia olunur. Mümkündür ki, Hüseyn Abdullayevə qarşı yaxın zamanlarda vergi cinayətləri ilə yanaşı, digər ittihamlar da irəli sürüləcək. Onun cinayət işində sürpriz isimlərin olacağı da dolaşan xəbərlər sırasındadır.

Hüseyn Abdullayev həbs ile ilgili görsel sonucu

“Yeni Müsavat”a daxil olan digər bir məlumata görə, Hüseyn Abdullayev xaricdə olan narazı elektoratla da yaxınlıq etmək, onlara maliyyə dəstəyi vermək kimi hərəkətləri konkret tapşırıqla icra edib (O, maliyyə dəstəyi verən həmin kəsimi özünün çevrəsində “çuşka” adlandırıb, onların bir işə yaramadıqlarını deməkdən də çəkinməyib). Bakıda ona kuratorluq edən Eldar Mahmudovla Almaniyada 2014-cü ilin sonlarında görüşməsi də bir faktdır. Eldar Mahmudov hələ vəzifədə olarkən Hüseyn Abdullayevlə Almaniyada görüşüb müzakirələr aparıb, narazı qüvvələrlə iş aparılması ətrafında fikir mübadiləsində bulunub. Mümkündür ki, Eldar Mahmudovun da adı Hüseyn Abdullayevin cinayət işi üzrə fiqurantlar sırasında çəkiləcək...

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Hamısı