Azərbaycanın müasir tarixinin bütöv bir qərinəsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

Siyasət 18:55 09.05.2018
AZƏRTAC-ın binası qarşısında Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar sərgi təşkil edilib. Agentliyin İdarə Heyətinin təşəbbüsü, fotoinformasiya baş redaksiyasının və Həmkarlar İttifaqı Komitəsinin yaxından iştirakı ilə hazırlanmış sərgidə AZƏRTAC-ın arxivində qorunub saxlanılan nadir fotoşəkillər nümayiş olunur. Bu fotolarda Ulu Öndərin zəngin həyat və fəaliyyətinin müxtəlif dövrləri əksini tapıb.
 
Ümummilli Liderin anadan olmasının 95 illiyinə həsr olunmuş tədbir Heydər Əliyevin AZƏRTAC-ın binasının foyesindəki büstü önünə gül dəstələri düzülməsi ilə başlanıb.
 
Açıq səma altında qurulmuş stendlərin qarşısında davam edən mərasimdə əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sərginin açılışında çıxış edən AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov deyib: “Heydər Əliyev müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu, dünya miqyaslı siyasətçi və dövlət xadimidir. Bu dahi şəxsiyyət hələ sağlığında Azərbaycan xalqının qəlbində özünə abidə ucaldıb. Onun xatirəsi daim ürəklərdə yaşayır, onu hər gün dərin minnətdarlıq hissi ilə yad edirik”.
 
Azərbaycanın müasir tarixinin bütöv bir qərinəsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. O, hələ respublikaya rəhbərliyinin birinci dövründə - 1969-1982-ci illərdə gördüyü nəhəng işlərlə, çox böyük uzaqgörənliklə bugünkü müstəqil Azərbaycan üçün iqtisadi və intellektual zəmin hazırlayıb, milli dirçəlişin, azərbaycançılıq ideologiyasının təməlini qoyub.
 
“1993-cü ilin böhranlı günlərində, Azərbaycanın “olum ya ölüm” dilemması qarşısında qaldığı bir vaxtda xalqın təkidli tələbi ilə Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı müasir tariximizdə yeni səhifə açdı. Azərbaycanda silahlı yolla hakimiyyətə gəlmək ənənəsinə birdəfəlik son qoyuldu. Ölkə həyatının bütün sahələrində - ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni sahələrdə böyük canlanma yarandı. Hüquqi, dünyəvi, demokratik milli dövlət quruculuğu prosesi başlandı, beynəlxalq əlaqələrin mükəmməl sistemi quruldu”, - deyə İdarə Heyətinin sədri diqqəti Ulu Öndərin xalqı və Vətəni qarşısında misilsiz xidmətlərinə yönəldib.
 
Qeyd olunub ki, Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlarla əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf edirdi. Ulu Öndərin beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və gələcəyi baxımından müstəsna rol oynayırdı. Onun fəal diplomatiyası nəticəsində dünyanın demokratik dövlətlərinin və aparıcı beynəlxalq təşkilatların Azərbaycana və respublikamızın Ermənistan tərəfindən zorla cəlb olunduğu silahlı münaqişəyə münasibəti əsaslı surətdə dəyişdi.
 
Heydər Əliyev KİV-in inkişafına xüsusi diqqət yetirirdi. İstəyirdi ki, Azərbaycan mətbuatı dünya arenasına çıxsın, beynəlxalq informasiya məkanında layiqli yer tutsun. Ulu Öndər hesab edirdi ki, bu, Azərbaycan ətrafında yaranmış informasiya blokadasının yarılması, ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılması üçün son dərəcə vacibdir.
 
Mərasimdə Ulu Öndərin mətbuata diqqət və qayğısı, həmçinin AZƏRTAC haqqında dediyi bu fikirlər xatırlanıb: “AZƏRTAC-ın kollektivi milli jurnalistikamızın nəcib vətənpərvərlik ənənələrini ləyaqətlə davam etdirməklə bərabər, dünya informasiya məkanında layiqli yer tutmaq üçün daha əzmlə çalışmalıdır”.
 
Fəxrlə qeyd olunub ki, agentliyin kollektivi ötən müddətdə öz qüvvəsini bu vəzifələrin reallaşdırılmasına səfərbər edərək, bir çox uğurlara imza atıb. AZƏRTAC hazırda iki mötəbər beynəlxalq media qurumuna - Dünya Xəbər Agentlikləri Konqresinə, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına (OANA) sədrlik edir. Bu təşkilatlar öz sıralarında ümumilikdə 170-dək ölkənin aparıcı informasiya agentliklərini birləşdirir. Əlbəttə, bütün bu nailiyyətlər ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti, Azərbaycanın dinamik və hərtərəfli inkişafı, dünyada getdikcə artan nüfuzu sayəsində mümkün olub.
 
Tədbirdə çıxış edənlər – baş redaktor Cavid Bədəlov, redaksiya müdiri Suvar İbadov, bölmə müdiri Gözəl Ağayeva, aparıcı müxbir Samirə Allahverdiyeva Ulu Öndərin çoxşaxəli fəaliyyətinin ayrı-ayrı istiqamətlərindən danışıblar. Onun xilaskarlıq missiyasından, Azərbaycan mədəniyyətinə, idmana, xüsusən gənclərə qayğısından söhbət açılıb. Bununla bağlı heç vaxt unudulmayacaq təəssüratlar dilə gətirilib.
 
Sonra fotosərgiyə baxış keçirilib. Ayrı-ayrı stendlərdə Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif mərhələlərini – Azərbaycana ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illəri, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi vaxtları, müstəqil Azərbaycanın Prezidentliyi dövrünü əhatə edən fotolar yerləşdirilib. Tədbir iştirakçıları bu tarixi fotoşəkillərə böyük maraqla baxıblar. Azərbaycan tarixinin Ulu Öndərlə bağlı parlaq anlarını özündə yaşadan sərgi hamıda dərin təəssürat doğurub.
 
Tədbirdə Ulu Öndərin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar AZƏRTAC-ın Həmkarlar İttifaqı Komitəsi tərəfindən keçirilmiş stolüstü oyunlar üzrə yarışların qaliblərinə diplomlar və mükafatlar təqdim edilib.
 
X X X
 
Fotosərgi paytaxt sakinlərinin də diqqətini cəlb edib. AZƏRTAC-ın binasının qarşısından keçən insanlar stendlərin önündə ayaq saxlayır, bu nadir fotolara diqqətlə baxırlar. Yaşlı nəslin nümayəndələri ötən günləri xatırlayır, gənclər isə bəlkə də ilk dəfə gördükləri bu fotolarla yaxın keçmişə ekskurs edirlər.
DYP bu avtomobillərlə bağlı tədbirlər görür – VİDEO

Xəbər xətti

Azərbaycan iqtisadiyyatı üçün ŞAD XƏBƏR – Ekspert ŞƏRH ETDİ
14:30 17.05.2024
Bu məcburi köçkünlərə “çörək pulu”nun verilməsi DAYANDIRILDI
14:26 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
14:22 17.05.2024
Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar
Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar
14:20 17.05.2024
İspaniya və İngiltərə hələ də Cəbəllütariq məsələsində razılığa gələ bilmir
İspaniya və İngiltərə hələ də Cəbəllütariq məsələsində razılığa gələ bilmir
14:10 17.05.2024
İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ
İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ
14:07 17.05.2024
DYP bu avtomobillərlə bağlı tədbirlər görür – VİDEO
14:05 17.05.2024
"Onlar sülh məsələsinin həll olunmamasına çalışır" - Politoloqdan ŞƏRH
14:00 17.05.2024
İlham Əliyev və Aleksandr Lukaşenko “Heydər Əliyev və Qarabağ” sərgisində
13:58 17.05.2024
Prezidentlərə Şuşanın Baş planı barədə məlumat VERİLDİ
13:55 17.05.2024
"Azərbaycana iqtisadi sanksiya tətbiq etməliyik" - Fransalı ekspert
"Azərbaycana iqtisadi sanksiya tətbiq etməliyik" - Fransalı ekspert
13:55 17.05.2024
Prezidentlər Şuşada erməni vandalizminə məruz qalan heykəllərə baxdılar
13:49 17.05.2024
HƏMAS-ı dəstəkləyən əcnəbi tələbənin vizası ləğv edilib
HƏMAS-ı dəstəkləyən əcnəbi tələbənin vizası ləğv edilib
13:45 17.05.2024
Lukaşenko Şuşaya traktor texnikası hədiyyə etdi
13:39 17.05.2024
Cənubi Qafqaz üçün iki mühüm məqam - Rusiyalı politoloq AÇIQLAYIR - ÖZƏL
13:30 17.05.2024
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə GETDİLƏR
13:25 17.05.2024
Şənbə günü də yağış yağacaq
13:20 17.05.2024
Universitetlərin Bakıdan köçürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - "Mərhələli şəkildə..."
13:10 17.05.2024
İki ali məktəbin bazasında tədqiqat universiteti YARADILACAQ – RƏSMİ
12:55 17.05.2024
Rəsmi Bakıdan XƏBƏRDARLIQ: “Fransa üzr istəməlidir”
12:45 17.05.2024
Azərbaycanda bu barədə attımlar atılmasa böhran gözlənilir... – Nidal Salimdən ÖZƏL AÇIQLAMA
12:30 17.05.2024
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
12:20 17.05.2024
Sabah IV sinif şagirdləri üçün monitorinq KEÇİRİLƏCƏK
12:09 17.05.2024
İqor Korotçenko: "Fransa Ermənistanı bu strateji məqsədlə silahlandırır" - VİDEO
12:03 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə razılığa gəldilər
11:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - FOTOLAR
11:46 17.05.2024
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
11:45 17.05.2024
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? – RƏSMİ AÇIQLAMA
11:40 17.05.2024
SON DƏQİQƏ! Bu ölkədə atışma
SON DƏQİQƏ! Bu ölkədə atışma
11:37 17.05.2024
İlham Əliyev Aleksandr Lukaşenkonu Füzulidə qarşıladı -FOTOLAR
11:33 17.05.2024
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
11:13 17.05.2024
Lukaşenko Füzuliyə GEDİB
11:05 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüb
11:03 17.05.2024
Ötən il Azərbaycanda 293 erkən evliliyin qarşısı ALINIB
11:00 17.05.2024
Universitetin rektoru qovuldu - Bu ölkədə
Universitetin rektoru qovuldu - Bu ölkədə
10:55 17.05.2024
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
10:50 17.05.2024
İnsan alveri qurbanlarının böyük hissəsini kişilər təşkil EDİB
10:47 17.05.2024
Azərbaycanda insan alverinin qurbanları ən çox bu şəhər və rayonlardadır
10:45 17.05.2024
Küçələrdə dilənçilik edən 342 uşaq AŞKARLANIB
10:40 17.05.2024
Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO
10:35 17.05.2024
Hamısı