Paşinyanın qərbyönmlü siyasətçi imici əslində bir oyundur.
Bu sözləri millət vəkili Asim Mollazadə deyib. Deputat Rusiya mövqeyinə görə, Paşinyanın digər erməni siyasətçilərindən kəskin formada fərqlənmədiyini deyib:
“O da digərləri kimi Rusiya sədaqətini davam etdirəcək. Çünki Paşyinyanın qərbyönmlü siyasətçi imici əslində bir oyundur”.
Millət vəkili hazırda Paşinyanın qarabağlılarla ciddi problem yaşadığını bildirib:
“Ermənistanın yeni baş nazirinin Dağlıq Qarabağda rəhbərliyi dəyişdirmək istəyinin olduğu istisna edilmir. Bu fonda prinsipcə yaxın zamanlarda Paşinyanla Saakyan arasında qaşıdurma mümkündür. Lakin hələlik Paşinyanın mövqeləri zəif olduğundan qarşıda hansısa dəyişikliklər gözləmirəm”.(axar)