“General Manvelin işi Qarabağ məsələsində bizə bərk zərbə oldu...” Daşnak Rüstəmyan

Siyasət 15:14 18.06.2018

Bu dəqiqələrdə Ermənistan parlamenti baş prokurorun deputat-general, böyük miqdarda silah-sursat saxladığına və 2016-cı ilin aprelində Qarabağə əsgərlərə göndərilən yardımları talayın anbarlarına yığdığına görə tutulan Manvel Qriqoryanın toxunulmazlığının ləğvi məsələsini müzakirə edir.

Müzakirələrdə baş nazir Nikol Paşinyan Manvel Qriqoryanın həbsini Ermənistanın müstəqillik tarixində “ən irimiqyaslı korrupsiya əməlinin üstünün açılması” adlandırıb. Korrupsiyaya qarşı mübarizədə hökumətin heç kimə güzəşt etməyəcəyini bildirib. Paşinyan deyib ki, Manvelin həbsi bir günün işi deyil və Milli Təhlükəsizlik Xidməti bu əməliyyatı neçə vaxtdır hazırlayırdı.

“Daşnaksütun” partiyasının fraksiya rəhbəri Armen Rüstəmyan isə Manvel Qriqoryanın evində aparılan axtarışla bağlı Milli Təhlükəsizlik Xidmətinin yaydığı video Qarabağ məsələsində Ermənistana ciddi zərbə vurub.

“Mənə çox ağrılıdır, sarsılmışam və heyrətə gəlmişəm, deməyə sözüm yoxdur. Əgər bütün bu təqdim edilən məlumatlar təsdiqlənsə deməli rüsvayçılıqdır və ayıbdır. Başqa cür şərh vermək mümkün deyil”-Rüstəmyan deyib.

Daşnak deputatın fikrincə bu kontekstdə Qarabağ məsələsinin nizamlanmasına təhdid yaranıb, çünki Azərbaycan tərəfi Manvelin həbsini öz maraqları üçün istifadə etməyə çalışır. Rüstəmyan Manvel Qriqoryanın Qarabağda “xeyli torpaq aldığını” xatırladıb. “İndi Azərbaycan Qarabağı azad edəni və qəhrəmanı hörmətdən salmağa çalışır. Düşmənlərimizə bu imkanı vermək lazım deyil”-Rüstəmyan bildirib.

*   *   * 

Ermənistanda hələ də keçmiş prezident Serj Sərkisyanın başçılıq etdiyi, parlamentdə formal çoxluqda olsa da müxaifətə keçən Respublika partiyası general Manvel Qriqoryanın malikanəsindən Qarabağda əsgərlərə göndərilən tonlarla ərzaq və digər yardımların aşkar edilməsinə görə bəyanat verib. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bəyanatda Milli Təhlükəsizlik Xidmətinin yaydığı videokadrların partiyada “dərin ağrı və hiddət doğurduğu” bildirilir.

“Biz bundan hiddətlənmişik və sarsılmışıq ki, bizim reallığımızda kimsə, xüsusən də Qarabağ müharibəsində fəal iştirak edən general ümumiyyətlə belə əmələ yol verə bilərmiş. Bu qəbuledilməzdir və alçaqlıqdır”-Sərkisyanın partiyası bildirir.

Bununla belə Respublika partiyası qeyd edir ki, təqsirsizlik prezumpiyasına hörmət edir və əgər Manvel Qriqoryanın günahı sübut olunsa xidmətlərindən asılı olmayaraq qanunun bütün ciddiyəti ilə cavab verməlidir.

Parlamentin vitse-spikeri və Respublika partiyasının fraksiya rəhbəri Eduard Şarmazanov isə deyib ki, əsgər çörəyini oğurlamaq qəbuledilməz hərəkətdir, rüsvayçılıqdır. “Əsgərin çörəyini oğurlayan milli satqındır”-Şarmazanov deyib.

“Çiçəklənən Ermənistan” partiyası da general Manvelin ciddi cəzalandırılmasını tələb edir. Partiyadan deputat Gevorq Petrosyan bildirib ki, büdcədən oğurluq, əsgər payını mənimsəmək alçaq əməldir və kimliyindən asılı olmayaraq bu əməli törədən cəzasını almalıdır.

Sosial şəbəkələrdə də general-cani Manvelin evindən 2016-cı ilin aprelində Qarabağda əsgərlərə göndərilən ərzaq və digər yardımların çıxmasını hiddətlə müzakirə edir, bu qarətin o vaxtkı hakimiyyət rəhbərliyinin icazəsi olmadan baş verməsini mümkünsüz sayırlar.

Lakin erməni ictimaiyyətinin bu təəcübünü anlamaq çətindir, general Manveli pisləyənlər ən azından səmimi deyil. Çünki mülki azərbaycanlılara qarşı heyvani qəddarlığı ilə ad çıxarmış və işğal edilmiş Azərbaycan şəhərlərini, kəndlərini talamaqla ilkin kapital toplamış manvelləri, serjikləri, robertləri və digər bu kimi hərbi caniləri vaxtında pisləmək lazım idi... (virtualaz.org)

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
20:00 19.05.2024
Xamenei Təhlükəsizlik Şurasının iclasını keçirib
19:57 19.05.2024
Yevlaxda ər arvadını öldürərək özünə xəsarət yetirib
19:30 19.05.2024
Latviya Parlamentinin sədri Şuşaya gedib
19:00 19.05.2024
Azərbaycanda Tacikistan Mədəniyyəti Günləri başlayır
18:40 19.05.2024
İran Prezidenti: Qarabağın Azərbaycanın ərazisi olduğunu tam açıq şəkildə bildirən ilk ölkələrdən biri olmuşuq
18:20 19.05.2024
Səudiyyə Ərəbistanı kralı Salman müalicə olunur: Testlər aparılacaq
Səudiyyə Ərəbistanı kralı Salman müalicə olunur: Testlər aparılacaq
18:00 19.05.2024
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğradı
17:40 19.05.2024
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:20 19.05.2024
İlon Mask 30 il ərzində Marsda həyat vəd edir
İlon Mask 30 il ərzində Marsda həyat vəd edir
17:00 19.05.2024
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə start veriblər
16:40 19.05.2024
Ağsu dolaylarında asfalt çöküb, hər iki istiqamətdə yol bağlanıb
16:20 19.05.2024
İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
16:00 19.05.2024
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:40 19.05.2024
Türkiyə MN: Suriyanın şimalında 5 terrorçu zərərsizləşdirilib
15:20 19.05.2024
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
15:00 19.05.2024
"Yuventus"un müvəqqəti baş məşqçisi bəlli olub
"Yuventus"un müvəqqəti baş məşqçisi bəlli olub
14:40 19.05.2024
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
14:20 19.05.2024
Dövlət başçısı: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir
14:00 19.05.2024
Prezident: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir
13:50 19.05.2024
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
13:40 19.05.2024
İlham Əliyev: İran-Azərbaycan əlaqələri bölgəmizdə sabitliyin önəmli şərtidir
13:20 19.05.2024
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
13:00 19.05.2024
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
12:40 19.05.2024
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
12:20 19.05.2024
Kralın sərvəti Kraliça Elizabeti keçdi
Kralın sərvəti Kraliça Elizabeti keçdi
12:00 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
11:20 19.05.2024
Qırğızıstanın Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib
11:00 19.05.2024
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
10:40 19.05.2024
Almaniya Müdafiə Nazirliyi Ukraynaya yardım üçün 3,8 milyard avro istəyib
10:20 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
10:00 19.05.2024
Lavrov Avropanı bir nəsil üçün “SİLDİ”: “Tərəfdaş kimi aktual olmayacaq”
09:40 19.05.2024
Putin Tokayevə Çin səfəri ilə bağlı təəssüratlarını bölüşüb
09:20 19.05.2024
İranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığı təsdiqlənib
09:00 19.05.2024
Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Hamısı