Xocalı qırğını cinayətkar hələ də cəzasızdır...

"Xocalı faciəsinin təşkilatçıları və icraçıları təkcə tanınmalı deyil, həm də cəzalandırılmalıdır”.

Siyasət 22:52 01.03.2019

Litvanın alkas.lt xəbər portalında Xocalı soyqırımı ilə bağlı məqalə yayınlanıb. Eurasia Diary həmin məqaləni təqdim edir:

27 il əvvəl, 1992-ci ilin 25-26 fevral tarixlərində, Sovet ordusunun motoatıcı dviziyasının dəstəyilə Ermənistan Silahlı Qüvvələri məqsədli şəkildə ağır cinayət törədib. Əhalisinin əksəriyyəti azərbaycanlılar olan Xocalı şəhərində kütləvi qırğın baş verib. 613 nəfər öldürülüb, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb və indiyədək bu şəxslərin taleyi barədə məlumat yoxdur.

Xocalı Dağlıq Qarabağda, Stepanakertdən 10 km şimal-şərqdə yerləşir. Şəhər de-yure Azərbaycana məxsusdur, ancaq de-fakto ermənilər tərəfindən idarə olunur.

Əslində, mən ancaq bu şəhərin başına gələn faciəni eşitmişəm. Ermənilər iddia edir ki, 1914-cü ildə Osmanlı imperiyasının törətdiyi qırğınlar nəticəsində çox sayda erməni öldürülüb və bu millətlərarası gərginliyi artırıb.

Bu şəhərdə 600-1000 arası dinc azərbaycanlı Xocalı soyqırımından zərər çəkib.

Bu cür "ədalət" çox utancverici səslənir. Necə ki, Nürenberq prosesində təqsirləndirilən faşistə onun günahı üzündən qaz kameraları və əsir düşərgələrində on milyonlarla günahsız insanların öldürüldüyünü dedikdə o, bu rəqəmin on milyonlarla yox yalnız bir milyon olduğunu demişdi.

Beş il bundan əvvəl Kiyevdə Maydanda, "Səmavi Əsr" deyilən həyat söndürülmüşdü ...

İnsan həyatı bu qədər dəyərsizdimi? Azadlıq ölənlərin sayı, işğalçıların zülmlərilə ölçüləcək bir məfhumdur?

Bu fikirlər altı il əvvəl lentə alınmış və 18-ci "Cinema Spring" Beynəlxalq kinofilm festivalında nümayiş olunan Litvanın "Sonsuz Dəhliz" (“Endless Corridor”) sənədli filmində yer alır. Keçən cümə axşamı, Mikolas Riomeris Universitetinin akt zalında müxtəlif ölkələrdən gələn hörmətli qonaqlar və həmçinin, tələbələr 50 dəqiqə davam edən bu filmin qorxunc kadrlarını izlədi.

Filmdə şəhər dağıdılan gün, 25-dən 26-na keçən gecə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı baş verənlər, şəhərin təmamilə dağıdılması və yüzlərlə sakinin öldürülməsi, şikəst edilməsi, itkin düşməsi, əsir götürülməsi təsvir edilir. Buradakı erməni qəddarlığını sözlərlə ifadə etmək çətindir.

1992-ci ilin qışında Azərbaycan hərbçiləri hələ də Ağdamdakı hava limanını nəzarətdə saxlayırdılar. Ermənilər davamlı olaraq Xocalını atəşə tuturdu və fevralın sonunda onların şəhər üzərinə hücuma keçmələri nəticəsində yerli əhali şəhəri tərk etdi. “Açıq dəhliz” hesab olunan Qarqarçay qaçqınların son ümid yeri idi.

Bununla belə, hava limanına hücum başlayan kimi həmin dəhlizdə 600-dən çox insan qəddarlıqla öldürüldü. Şaxtada, fevralın soyuğunda qadınlar, uşaqlar, qocalar və digərlərinin cəsədləri təhqir olunaraq - başları, ayaqları, qolları kəsilib atılmışdı. Sağ qalanlarını geridə qalan həyatı didərgin kimi yaşamaq gözləyirdi.

Burada çox sayda insanın görüntüləri vardı. Erməni rəsmiləri iddia edirdilər ki, hücum erməni silahlı qüvvələri və 366-cı moto atıcı alayının dəstəyi ilə, cəbhə boyu düzülən Rusiya və Ermənistana məxsus ordu tərəfindən təşkil edilib. Amma, bu dəfə xüsusi formalı və gözlüklü adamlar peyda olmuşdu. Onlar Ağdam istiqamətinə çəkilən qaçqınları məhv etmək əmrini almışdılar. Silahla təchiz olunmamış və daha çox itki verməkdən ehtiyat edən Azərbaycan Silahlı Qüvvələri ora yerləşmişdi.

Filmdəki hadisələr Lazdijudan olan 23 yaşlı gənc jurnalist Riçard Lapaitisin gördükləri əsasında təsvir olunub. Filmin təqdimatında o, 1992-ci ildə Azərbaycana turist kimi gəldiyini, amma qəfildən belə drammatik hadisələrlə üzləşdiyini dedi. Öz kamerası ilə qorxunc hadisələrin əhatəsində olan Riçard birdən-birə Qafqaz regionunda peşəkar hərbi jurnalistə çevrilir. Soyqırım zamanı o, bombalanmış oteldə gizlənir, növbəti gün isə dağıdılmış şəhərin şəkillərini çəkir.

“Mən hətta dəfn mərasimlərinə belə getməyi xoşlamıram, amma mən sonu olmayan bir cəhənnəmə getdim. Öldürülmüş insanlar yük maşınları ilə daşınırdı. Daş daş üstündə qalmamışdı, sağ qalan bir nəfərin gördükləri onu  ruhən və cismən məhv etmişdi: bir-birinin üstünə yıxılmış insanlar, parçalanmış cəsədlər. Mən xərəkdə bədəninin yuxarı hissəsi olmayan bir insan gördüm, gözləri oyulmuşdu”. Dəhşətli müharibə təcrübəsi yaşamış, bu ölümcül savaşdan əziyyət çəkmiş jurnalist öz hisslərini televiziyada göz yaşları ilə ifadə edir.

Filmin rejissoru Marius Urbonaviçyus bildirib ki, 20 il sonra filmin çəkiliş qrupu hadisənin digər iştirakçısı olan azərbaycanlı Mehribanı tapıb. “Biz bu haqda Rusiyalı hərbi jurnalist Viktoriya İvlevadan öyrəndik”. Xocalı faciəsinin baş verdiyi gecə Mehribanın (filmdə rejissor onu Madonna adlandırır) Günay adlı qızı dünyaya gəlir. Şəhərə hücum edilən zaman qadın ona qısılmış 2 uşağı ilə qalmışdı. O, bu qarışıqlıqda yeni doğulmuş körpəsini itirmişdi, qız anasının üzülmüş paltarından sürüşüb düşmüşdü. Amma qız sağ qalır və anasının yanına qayıdır. 20 il sonra filmin yaradıcı heyəti qaçqınların məskunlaşdığı kəndə gedib həmin ana ilə onun qızını xilas edən jurnalistin görüşünü çəkiblər. Bu filmdə olan ən təsirli səhnələrdən biridir. Gözəl bir şəkil: həqiqi Madonna, qucağında uşağı ilə... Təəssüf ki,

 

Xocalı faciəsinin 10-cu ildönümündə Azərbaycan prezidenti Heydər Əliyev dedi: “Bu qəddarlıqla və amansızcasına törədilmiş soyqırım tarixə ən dəhşətli terror aktı kimi düşdü. Bugün Azərbaycanın üzərinə düşən əsas vəzifə Xocalıda öldürülən insanlar barədə dünyanı mümkün qədər çox məlumatlandırmaqdır. Azərbaycan bu soyqırımın insanlıq əleyhinə törədilən faciə kimi dünyada rəsmi şəkildə tanınması üçün mübarizə aparmalıdır. Bu bütün azərbaycanlıların vətəndaşlıq borcudur. Xocalı faciəsinin təşkilatçıları və icraçıları təkcə tanınmalı deyil, həm də cəzalandırılmalıdır”.

Litvalı jurnalist, siyasi şərhçi Çeslovas İşkauskas

 

Mövzu ilə bağlı oxuyun: "Sonsuz Dəhliz" filmi Litvada nümayiş olunub - VİDEO


Ermənilər Azərbaycanla delimitasiya əleyhinə Xeyrimlidən İrəvanadək yürüş keçirirlər - VİDEO

Xəbər xətti

Poroşenko da Rusiya Federasiyasında axtarışa verildi
00:13 05.05.2024
“Qalatasaray” əsas hücumçusunu satmağa qərar verdi
23:44 04.05.2024
Sadiq Xan III dəfə London meri seçildi
23:27 04.05.2024
Xarkov atəşə tutulub, istehsalat zavodunda yanğın başlayıb
22:55 04.05.2024
Şəkidə iki nəfər GÜLLƏLƏNİB
22:32 04.05.2024
İsrail və Fələstin arasında razılıq əldə olunub
22:00 04.05.2024
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
21:33 04.05.2024
Nazir: İqlim maliyyələşməsinin böyük hissəsini inkişaf etmiş ölkələr ayırmalıdır
21:11 04.05.2024
Mayın 5-6-da maqnit qasırğası olacaq
20:50 04.05.2024
Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər
20:22 04.05.2024
Demokratiya bayrağı altında mürtəce siyasət: Azərbaycanla bacarmayan Qərb Gürcüstanı hədəfə alıb
19:55 04.05.2024
Əli Əmirlinin "Xeyir xəbər" pyesi əsasında yeni tamaşa hazırlanır
19:29 04.05.2024
TƏBİB Gəncə Şəhər Birləşmiş Xəstəxanasındakı nöqsan və hüquqpozmalara münasibət bildirib
19:00 04.05.2024
Avropa Komissiyasının rəsmisi Ağdamda
18:35 04.05.2024
Ermənilər Azərbaycanla delimitasiya əleyhinə Xeyrimlidən İrəvanadək yürüş keçirirlər - VİDEO
18:29 04.05.2024
ADB müşaviri: “Uyğunlaşma iqlim dəyişikliyi problemlərinin həllində mühüm elementdir”
18:00 04.05.2024
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub
17:35 04.05.2024
ABŞ Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı göstərəcək
17:04 04.05.2024
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir
17:00 04.05.2024
NATO rəsmisi: Azərbaycanla qarşılıqlı faydalı tərəfdaşlıq qurmuşuq
NATO rəsmisi: Azərbaycanla qarşılıqlı faydalı tərəfdaşlıq qurmuşuq
16:40 04.05.2024
XİN: NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür
16:20 04.05.2024
Ağsuda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər SAXLANILDI
16:00 04.05.2024
Azərbaycanda şirkət və müəssisələrə məşhur sistemlə bağlı XƏBƏRDARLIQ
15:40 04.05.2024
Saxta “Fairy”, “Ariel“, “Domestos” hazırlayan GİZLİ sex aşkarlandı
15:20 04.05.2024
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
15:00 04.05.2024
Prezident Türkiyə ilə imzalanmış daha bir Sazişi TƏSDİQLƏDİ
14:48 04.05.2024
SON DƏQİQƏ: Azərbaycanda ZƏLZƏLƏ oldu
14:28 04.05.2024
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:15 04.05.2024
Sabunçuda yanğın olub
14:00 04.05.2024
Sabah 25 dərəcə İSTİ OLACAQ
13:45 04.05.2024
Sabahın hava proqnozu
Sabahın hava proqnozu
13:30 04.05.2024
Baş nazir gələn həftə Türkiyəyə səfər edəcək
13:15 04.05.2024
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
12:30 04.05.2024
Bölgələrə yağış, Şahdağa isə qar yağıb - FAKTİKİ HAVA
12:15 04.05.2024
Beynəlxalq səyyahlar Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər -YENİLƏNİB
12:00 04.05.2024
FHN-dən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
11:45 04.05.2024
Xankəndidə 59 qumbara və 33 avtomat TAPILIB
Xankəndidə 59 qumbara və 33 avtomat TAPILIB
11:15 04.05.2024
NATO Rusiyaya xəbərdarlıq etdi
11:00 04.05.2024
Yol Polisindən bu sürücülərə MÜRACİƏT
10:45 04.05.2024
Adil Əliyevin ailəsinə AĞIR İTKİ
Adil Əliyevin ailəsinə AĞIR İTKİ
10:30 04.05.2024
Hamısı