Ermənilər 1915-ci il hadisələri il bağlı arxivlərini açmırlar Anadolu Agentliyinin tələbi rədd edildi

Siyasət 16:35 06.05.2019
Ankara, New York
 
Ermənilər 1915-ci il hadisələri ilə bağlı iddianı irəli sürməkdə davam edərkən, bu dövrə aid arxivlərini araşdırmaq istəyənlərə icazə vermirlər. Onlar yalnız "soyqırım" iddialarını dəstəkləyənlərin arxivə girişinə icazə verir.
 
Erməni hökuməti, İrəvandakı Ermənistan Milli Arxivinin açıq olduğunu iddia etsə də, bu arxivin erməni iddialarını sübut etmək üçün nəzərdə tutulan hissələr istisna olmaqla digər bölmələr qapalı saxlanılır.
 
Eyni zamanda, Eçmiədzindəki Erməni Katolikosluğunun, Qüdsdəki Erməni Patriarxiyası və ABŞ-ın Boston şəhərindəki Daşnak Partiyasının arxivləri yalnız bəzi ermənilərə və erməni iddialarını dəstəkləyən bəzi əcnəbilərə açıqdır. Bu arxivlər qeyri-ermənilərə və ya erməni iddialarını dəstəkləməyən tarixçi, akademik, tədqiqatçı, jurnalistlərə tamamilə bağlıdır.
 
Ermənilər, AA müxbirinin Bostondakı Daşnaksutyun arxivlərinə giriş tələbinə icazə vermədilər
 
Arxivlərin adətən araşdırma aparan hər kəsə açıq olduğunu deyən arxiv direktoru Corc Ağacan, AA müxbirinin araşdırma tələbininə "Davam edən rəqəmsallaşma prosesi və kadrların az olması səbəbilə bütün tələblərin qiymətləndirilə bilmədiklərini deyib.
 
Ötən il Bostonda olan arxivlərdə bir çox türk araşdırmaçıya giriş imkanı verildiyini iddia edən Ağacan, bu tədqiqatçıların adını verməyib.
 
"Bizim əsas məqsədimiz alimlərin ehtiyaclarını ödəməkdir. Araşdırma edən bir akademik ilə jurnalist arasında fərq var" deməklə Ağacan  AA müxbirinin tələbinin rəqəmsallaşdırma prosesindən sonra da təsdiq olunmayacağına işarə edib.
 
"Türk və Osmanlı arxivlərində problem yoxdur"
 
Arxivlər məsələsini AA-a şərh edən TOBB ETÜ Siyasət elmi ve Beynəlxalq münasibətlər bölməsindən Dos.Dr. Mustafa Serdar Palabıyık, Türkiyə və Ermənistanın qarşılıqlı olaraq bir-birlərini arxivlərini açmamaqla ittiham etdiklərini bildirdi.
 
Palabıyık, Türk və Osmanlı arxivlərinin 1990-cı illərin əvvəllərinə qədər yaxşı kataloqlanmış ya da sənədlərin təsnifatlarının nizamlı arxivlərinin olmadığını və yalnız 1990-cı və 2000-ci illərdə Türk arxivlərinin müasirləşdirilib, sistemli olaraq təsnif edildiyini vurğulayıb.
 
Ermənilərin problem yaşadıqlarını iddia etdiyi digər bir arxivin - Baş qərargah Hərbi Tarix və Strateji Tədqiqatlar Nazirliyi (Genelkurmay Askeri Tarih ve Stratejik Etüt Başkanlığı (ATASE)) və Təhqiqat Nazirliyinin (Denetleme Başkanlığı) Arxivi olduğunu xatırladan Palabıyık, ATASE arxivində 1915 hadisələri ilə bağlı əhəmiyyətli sənədlər olduğunu söyləyib.
 
Palabiyik, ATASE arxivinin kataloqlaşdırılması və təsnifatı prosesinin Osmanlı arxivindən daha ləng getdiyini və bu səbəbdən Erməni iddialarını müdafiə edən akademiklərin bəzi problemlərlə qarşılaşdığını vurğulayıb. Türk arxivlərinin vəziyyəti artıq belə deyil, ancaq Türk arxivləri, arxivlərin açılmasına icazə vermir və lazımlı sənədlərə malik deyilik.
 
"Daşnak arxivləri Erməni iddialarını müdafiə etməyənlər üçün bağlıdır"
 
Palabıyık 1915 hadisələri ilə bağlı ermənilərin üç arxivində ciddi problemlər olduğunu vurğulayıb.
 
Bunlardan birirnin Daşnak Partiyasının ABŞ-ın Boston şəhəri yaxınlığında olan arxivləri olduğunu bildirib:
 
"Bu partiyanın sənədləri və ilk Ermənistan Respublikasının arxiv sənədlərinin bir hissəsi də buradadır. Buna görə də, sənəd 1915 hadisələrini araşdıranlar üçün qapalıdır. Bu arxiv, Erməni mənşəli olmayan və ya Erməni iddialarını müdafiə etməyənlərə açıq deyil, yalnız "erməni soyqırımı"nı iddia edənlərə açıqdır."
 
Araşdırmaçılara qapalı olan digər arxivin Qüds Patriarxlığı arxivi olduğunu deyən Palabıyık, burada "erməni soyqırımı" iddialarını dəstəkləyən araşdırmaçılar üçün belə ciddi problem yaradıldığını söylədi.
 
Digər əhəmiyyətli arxiv olan Zoryan İnstitutunda da 1915-ci il iddiaları irəli sürən ermənilərə aid sənədlər var. Bu arxivdə də ümumilikdə 'təsnifat işləri davam edir və ya kataloq işləri tamamlanmayıb' kimi bəhanələrlə araşdırmaçılara çətinlik yaradıldığını bilirik" o deyib.
 
"Türk arxivlərində erməni iddialarını qəbul edənlər də araşdırma edə bilərlər"
 
Palabıyık, zaman-zaman təsnifat və ya bərpa müddətində və ya milli təhlükəsizlik səbəbilə bəzi sənədlərə girişin bağlanıldığını və bunun normal olduğunu vurğulayıb.
 
"Ancaq bir arxivin müəyyən bir qrup tədqiqatçı üçün bağlı olması yanlışdır. Türk arxivlərində belə bir hal yoxdur. Türk arxivlərində "erməni soyqırımı" iddialarını qəbul edən tədqiqatçılar da araşdırma edə bilərlər. Arxivlərdə artıq rəqəmsallaşma səbəbilə buna mane də oluna bilməz. Arxivə daxil olduqda və kompüterdə araşdırma apararkən, sənədlər kompüterdə görünür. Sənəd rəqəmsallaşdıqda, kağız forması artıq tədqiqatçıya verilmədikdə, sənədin gizlədilməsi də mümkün olmur" o deyib.
 
Erməni arxivlərinə girişdə müsbət dəyişiklik yoxdur
 
Avrasiya Araşdırmalar Mərkəzində Fransız tarixçi Maxime Gauin də Osmanlı və Türk arxivlərinə daxilolma prosesinin 1949-dan 2000-ci illərə qədər yavaş getdiyini, daha sonra isə müsbət inkişaf müşahidə edildiyini deyib.
 
Gauin'nin sözlərinə görə, 2000-2007-ci illərdə Türk arxivlərinə girişdə çox ciddi və müsbət inkişaf olub, lakin erməni arxivlərinə girişdə müsbət dəyişikliklər görülmür.
 
Tarixçi Gauin, araşdırma üçün Parisdəki Ramkavar və Watertown'dakı ARF arxivlərinə getdiyini, lakin çətinliklə qarşılaşdığını vurğulayıb.
 
Gauin, həmçinin Ermənistanın paytaxtı İrəvandakı Erməni Milli Arxivinə girişdə dəyişikliklərin olacağına ümid etdiyini və diasporadakı ermənilərin arxivləri dəyişdirəcəyinə inanmadığını söyləyib.
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı