Avstraliyalı kilsə xadimləri Qarabağa qanunsuz səfər ediblər.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, mayın 11-də Avstraliyanın birləşmiş kilsəsinin və Avstraliya erməni yevangelist cəmiyyətinin bir qrup nümayəndələri Azərbaycanın işğal altında olan Qarabağ bölgəsinə qanunsuz səfər edib.
Qeyd edək ki, Azərbaycanın qanunvericiliyə əsasən işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən şəxslər Xarici İşlər Nazirliyinin (XİN) arzuolunmaz şəxslər siyahısına daxil edilir.