Meksika-Azərbaycan ikitərəfli münasibətlərin gücləndirilməsi çərçivəsində Meksika səfiri Rodriqo Labardini Azərbaycan Respublikası Mədəniyyət naziri Əbülfəs Qarayev ilə görüşdü.
Görüşdə tərəflər mədəniyyət sahəsində əməkdaşlığın müxtəlif aspektlərindən danışaraq, bu sahədə həyata keçirilən layihələrə toxundular. Eyni zamanda, bu il ərzində baş tutacaq tədbirlər haqqında söhbət açdılar. Səfir Labardini bu Diplomatik Nümayəndəlik tərəfindən qeyd olunan müxtəlif tədbirlərin təşkilində Nazirliyin dəstəyinə görə minnətdarlığını ifadə etdi. Həmçinin, səfir vurğuladı ki, 2017-ci ildə imzalanan Meksika və Azərbaycan hökümətləri arasında təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində Əməkdaşlıq haqqında Saziş mədəni əlaqələrin, eyni zamanda ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı üçün mühüm alət kimi çıxış edir. Bundan əlavə, hər iki ölkənin mədəni qurumları arasında əməkdaşlığı inkişaf etdirmək məqsədilə qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulandı və qeyd olundu ki, Meksika-Azərbaycan turistik və mədəni mübadiləsinin artmasına töhfə verəcək Mexiko-İstanbul birbaşa uçuşun yaxın gələcəkdə açılması bu sahədə işlərin həyata keçirilməsinə təkan verəcək.
Qeyd etmək lazımdır ki, açılışından etibarən, Meksikanın Azərbaycandakı Səfirliyi konsertlər, sərgilər, ustad dərsləri, dequstasiyalar, filmlərin nümayişi kimi müxtəlif mədəni tədbirlərin keçirilməsi vasitəsilə mədəni təşviqə dair mühüm işlər görüb. Həmin tədbirlər azərbaycanlılarda Meksikanı daha yaxından tanımaq, hətta ölkəni turizm, təhsil, biznes və hökümət işi ilə əlaqədar ziyarət etməyə dair böyük maraq yaradıb.