Azərbaycanlıların Çinin bu şəhərinə girişi qadağan edildi | Eurasia Diary - ednews.net

18 İyul, Cümə axşamı


Azərbaycanlıların Çinin bu şəhərinə girişi qadağan edildi

Siyasət A- A A+

Tatarıstan və Dağıstanda dünyaya gələn Rusiya vətəndaşlarının Çinin Fuyuan şəhərinə girişinə qadağa qoyulub. Eurasia Diary “Qafqazinfo”-a istinadən xəbər verir ki, bu barədə “Tatar-inform”a  Xabarovsk şəhər sakini bildirib.

İnformasiyanı Çinə səfərlər təşkil edən turizm şirkətləri də təsdiqləyib.

“Çin tərəfi rəsmi sənədləri təqdim etməyib. Lakin praktikada onlar dərhal xəbərdarlıq edərək girişə imkan vermirlər. Düşünürəm ki, onlar dini prinsiplərə görə müsəlman terrorizmindən çox qorxurlar”, - deyə Xabarovskda fəaliyyət göstərən “Sahekspo” turagentliyindən bildirilib.

“Laquna tur” şirkəti qadağanın həmçinin Azərbaycan, Özbəkistan, Qazaxıstan və Qırğızıstanda doğulan insanlara da şamil olunduğunu açıqlayıb.

Mənbələrin sözlərinə görə, bu qadağa cari ilin yanvar və ya aprel aylarından tətbiq edilməyə başlanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...