“Sarı gəlin” Azərbaycanındır - UNESKO | Eurasia Diary - ednews.net

17 İyul, Çərşənbə


“Sarı gəlin” Azərbaycanındır - UNESKO

Siyasət A- A A+

Ermənilərin Azərbaycan xalq mahnısı olan "Sarı gəlin"i öz adlarına çıxmaq cəhdləri əsassızdır və nəticəsi olmayacaq.

Bunu Report-a açıqlamasında Türkiyənin UNESKO üzrə Milli Komisiyasının sədri, professor Öcal Oğuz bildirib.

Onun sözlərinə görə, əsrlərdən bəri türk xalqlarının ortaq dili, mədəniyyəti olub:

"Bunların sırasında "Dədə Qorqud", "Koroğlu", "Qaracaoğlan" dastanlarını, muğamları, şərqiləri, türküləri qeyd etmək olar. Əgər ermənilər də "Sarı gəlin"i oxumaq istəyirlərsə, heç bir problem yoxdur. Lakin nəyinsə özünün olduğunu iddia etmək üçün onun mənşəyini bilmək lazımdır. "Sarı gəlin" Azərbaycanın musiqisidir, sözləri türkcədir, yəni bizim hekayəmizdir, bizim şeirimizdir".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...