Ermənilər Putinə müraciət etdi - Qarabağa ordu göndərin! | Eurasia Diary - ednews.net

21 Avqust, Çərşənbə


Ermənilər Putinə müraciət etdi - Qarabağa ordu göndərin!

Siyasət A- A A+

Ermənistan Kommunist Partiyası Rusiya Prezidenit Vladimir Putinə müraciət edib.

Eurasia Diary xəbər verir ki, müraciətdə Putindən şəxsən Qarabağ konfliktinə müdaxilə etməsi və bütün imkanlarından Azərbaycan rəhbərliyinə təsir üçün istifadə edilməsinə çağırış edilib. Erməni kommunistlər yalnız Putinin Qarabağda yaranacaq eskalasiyanın qarşısını ala biləcəyini bildiriblər:

“Hesab edirik ki, Qarabağ konflikt zonasında Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi imkanları haqqında məsələyə baxılmasını aktual hesab edirik. Bu həm də erməni xalqının maraqlarına xidmət edəcək. Ermənistan Kommunist Partiyası regionda digər geosiyasi oyunçuların güclənməsini arzuolunmaz proses kimi dəyərləndirir. Ümid edirik ki, sizin situasiyaya birbaşa aktiv müdaxiləniz hadisələrin arzuolunmaz inkişafının qarşısını ala bilər”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...