20 Yanvarın səbəbkarlarından olan DTK generalı öldü | Eurasia Diary - ednews.net

21 Oktyabr, Bazar ertəsi


20 Yanvarın səbəbkarlarından olan DTK generalı öldü

Siyasət A- A A+

SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş sədr müavini general Filipp Bobkov ölüb.

Eurasia Diary Axar.az-a istinadən xəbər verir ki, o, 94 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Bobkov 1983-1985-ci illərdə DTK-nın sədr müavini, 1985-1991-ci illərdə isə DTK sədrinin birinci müavini olub. Bobkov DTK-da ideoloji əks-kəşfiyyat, Qərb agenturası ilə mübarizə, millətlərarası konfliktlərin həlli kimi işlərlə məşğul olub.

Bobkov həmçinin Sumqayıt hadisələri, 20 Yanvar faciəsinin əsas təşkilatçılarından sayılırdı. Bununla belə Bobkov bu iddiaların hamısını rədd edərək, bunun Siyasi Büro üzvü, SSRİ-də başlamış reformların xaç atası sayılan Aleksandr Yakovlev tərəfindən uydurulduğunu iddia edirdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...