“Bir il ərzində Ermənistan qoşunları Qarabağdan çıxarılacaq...” Paşinyana qarşı hiyləgər oyun

Siyasət 15:26 04.07.2019

İnternetdə Ermənistanın baş naziri Nikol Paşinyanın adından NATO-nun Baş katibi Yens Stoltenberqə yazılmış məktub yayılıb. Eurasia Diary Virtualaz.org-a istinadən xəbər verir ki, həmin məktubda Paşinyanın adından Ermənistanın NATO ilə yaxınlaşmaq niyyəti ifadə olunur və buna maneə yaradan əsas səbəbin-Qarabağ münaqişəsinin tezliklə həll ediləcəyi deyilir. Paşinyan guya vəd edir ki, bir il ərzində Ermənistan qoşunları Qarabağdan çıxarılacaq, işğal edimiş ərazilər Azərbaycanın nəzarətinə qaytarılacaq.

“Ermənistanın NATO-ya yaxınlaşmasının yolunda əsas maneə erməni qoşunlarının Azərbaycanla mübahisəli ərazilərdə iştirakıdır. Bu maneə bir il ərzində aradan qaldırılacaq. Ermənistan silahlı qüvvələrinin münaqişə zonasından çıxarılmasına və ərazilər üzərində nəzarətin Azərbaycan tərəfinə verilməsinə dair işlənib hazırlanmış plan çərçivəsində Yerevanın Dağlıq Qarabağı bundan sonra dəstəkləməsinin məqsədəuyğunluğu barədə ümumxalq referendumunun keçirilməsi təklif olunacaq”,-məktubda deyilir.

Məktub iyulun 1-də hansısa Artur Qriqoryanın adından Gosnews.ru adlı saytda “Ermənistanda yeni inqilab qaçılmazdır” başlıqlı şərhi ilə yerləşdirilib. Şərhdə deyilir ki, Paşinyan hakimiyyətə gələndən bəri verdiyi vədlərə əməl edə bilməyib, üstəlik Qarabağı Azərbaycana qaytarmağa hazırlaşır.  Həmin müəllif məktubun yerləşdirildiyi keçidi məqaləyə daxil edib:https://picua.org/images/2019/06/28/a640186e21357b890b102a8219c9f33c.jpg

Məktubun tam mətni belədir:

 

Hörmətli cənab Stoltenberg,

Sizə Ermənistanın taleyində fəal iştirakınıza  və NATO ilə əməkdaşlığa mane olan problemlərin həllində göstərdiyiniz köməyə görə səmimi təşəkkürlərimi ifadə etməyi zəruri sayıram. Ermənistanın regionda təhlükəsizliyin təmin olunmasındakı rolu ilə bağlı Sizin dərin narahatlığınızı başa düşərək bunu deməyə tələsirəm ki, bizim aramızda əvvəllər əldə edilmiş və yanvar ayındakı şəxsi görüşümüzdə Sizin şəxsən sadiq qaldığınızı təsdiqlədiyiniz razılaşmalar bizim tərəfdən yerinə yetirilmək üzrədir. Ermənistanın NATO-ya yaxınlaşmasına başlıca maneə -erməni qoşunlarının Azərbaycanla mübahisəli ərazilərdə iştirakı-il ərzində aradan qaldırılacaq.

Ermənistan silahlı qüvvələrinin bölmələrinin münaqişə zonasından çıxarılmasına və mübahisəli ərazilər üzərində nəzarətin Azərbaycan tərəfinə verilməsinə dair işlənib hazırlanmış plan çərçivəsində Yerevanın Dağlıq Qarabağı bundan sonra dəstəkləməsinin məqsədəuyğunluğu barədə ümumxalq referendumu təklif olunacaq. Bu təşəbbüs şübhəsiz ki, respublika vətəndaşlarının böyük hissəsinin narazılığına səbəb olacaq, bizim nəzarətimizdə olan xüsusi hazırlanmış qruplar isə etiraz aksiyaları təşkil edəcəklər ki, daxili siyasi vəziyyətin gərginləşdiyi haqda görüntü yaransın və beləliklə də Dağlıq Qarabağdakı ordu bölmələrinin ölkənin içərilərinə doğru yenidən dislokasiyası üçün inandırıcı bəhanə əldə olunsun.

Öz növbəsində Sizdən Azərbaycanın üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsinə dəstəyinizi xahiş edirəm, hansı ki, həmin öhdəliyə görə Azərbaycan tərəfi Dağlıq Qarabağın ərazisinin ancaq 50 faizi üzərində nəzarətini təmin edəcək. Bu arada Ermənistan rəhbərliyinin Dağlıq Qarabağın qalan hissəsinin muxtar status almaq imkanına malik neytral bufer zonası kimi qalacağına dair öhdəliyini təsdiq edirəm. Habelə Sizin əldə edilmiş razılaşmaların pozulmasına yol verməmək üçün Azərbaycan tərəfinin hərəkətlərinə nəzarət edəcəyinizi gözləyirəm.

Ümid edirəm ki, maraqlara qarşılıqlı riayət olunması Ermənistanla NATO arasında əməkdaşlığın inkişafına imkan yaradacaq, habelə bütün Cənubi Qafqaz regionunda sülhə və sabitliyə təminat verəcək”.

Məktuba diqqəti informasiya təhlükəsizliyi üzrə ekspert Samvel Martirosyan birinci cəlb edib. Lakin o məktubun əsl müəllifinin kimliyini araşdıra bilməyib, ehtimal edir ki, feyk-sənəd Ermənistanın hüdudlarından kənarda hazırlanıb.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat katibi Samson Qalstyan isə qeyd edib ki, məktub haqda bilirlər, amma hazırda hansısa şərh vermək istəmirlər.

Xarici İşlər Nazirliyində də məktubun saxta olduğunu deyiblər, amma şərh vermək istəməyiblər.

Samvel Martirosyan qeyd edib ki, məktub ingiliscə qüsursuz və olduqca savadlı hazırlanıb. Bu xüsusat məktubun Ermənistan daxilində hazırlanmasını demək olar, istisna edir.

“Xarici izlər axtarılır. Bir neçə variant var, amma mən hazırda onları demək istəmirəm, çünki sübutum yoxdur. Lakin aydındır ki, məktub Ermənistanda tərtib edilməyib. Burada Paşinyanın ən lənətli düşmənləri də forumlarda məktubun feyk olduğunu bildirirlər”,-Martirosyan bildirib.

Paşinyanın mətbuat katibi hələlik məktuba şərh verməyib.

Qeyd edək ki, Paşinyanın əleydarları-Qarabağ klanının nümayəndələri onu tez “torpaqları qaytarmaq planlarında” ittiham edirlər. Habelə Rusiya siyasi dairələri Paşinyanın Ermənistanın üzünü Qərbə, NATO-ya çevirmək cəhdləri haqda tez-tez müxtəlif şərhlər, məlumatlar yayırlar. Ona görə də belə bir məktubun planlı sürətdə hazırlanıb, yayılması ehtimalı böyükdür.

Bu günlərdə uzun müddətli fasilədən sonra ilk dəfə Vaşinqtonda ABŞ-ın birbaşa vasitəçiliyi ilə Qarabağa dair xarici işlər nazirləri səviyyəsində danışıqlar təşkil olunub. Həmin danışıqlarda tərəflərə Madrid prinsiplərinə əsaslanan hansısa sənədin təqdim edildiyi açıqlanıb. Bu gün Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Vaşinqton danışıqları ilə Dağlıq Qarabağdakı qondarma rejimin rəhbərliyini məlumatlandırmaq üçün Xankəndinə gəlib. Habelə Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi Artak Davtyan hazırda Qarabağdadır.

 

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Hamısı