"“Dağlıq Qarabağ”ı “dövlət” kimi tanımaq lazımdır...” Rusiyalı analitik sərsəmlədi

Siyasət 11:26 13.07.2019
Xəbər verdiyimiz kimi,  bu günlərdə ATƏT Parlament Assambleyasının Siyasi və təhlükəsizlik məsələləri üzrə komitəsi Rusiyanı qondarma Abxaziya və Cənubi Osetiya "respublika"larını tanımaq haqqında qərarını geri çəkməyə çağırıb.
 
Sənəddə Rusiya Gürcüstanın bir hissəsini işğal etməkdə və Şimali Qafqazın qondarma qurumlarında insan haqlarını pozmaqda təqsirləndirilir.
 
Təbii ki, Şimal qonşumuzun rəsmiləri bu haqda deyilənləri həmişəki kimi qulaq ardına vurur. Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr üzrə komitə sədrinin birinci müavini Vladimir Cabarov Kremlin Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərini tanımaq barədə siyasətindən vaz keçməyəcəyini və bu məsələnin toxunulmaz qalacağını söyləyib. 
 
Sovet dövründən bəri peşəkar diplomat kimi tanınmış, ermənipərəst “Regnum” agentliyinin siyasi analitiki Mixail Demurin isə daha irəli gedərək Rusiya dövlətini nəinki ATƏT-in tövsiyə və  göstərişlərini dinləməməyə, bu Avropa təşkilatından birdəfəlik çıxmağa çağırıb. Rusiyalı analitik bu arada Azərbaycana, ölkəmizin ərazi bütövlüyü məsələsinə də öz düşmən mövqeyini açıqlayıb və rəsmi Moskvanı postsovet məkanındakı  bəzi digər qondarma separatçı qurumlar kimi, işğal altındakı torpaqlarımızda qondarılmış separatçı erməni rejimini də “müstəqil dövlət” kimi tanımağa dəvət edib. 
 
“Biz Rusiyanın ATƏT-dən çıxması  kursunu götürməliyik. “Dağlıq Qarabağ Respublikası”, “Dnestryanı Moldova Respublikası”, “Donbas Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nı tanımaq lazımdır. Və bununla Sovet İttifaqının dağılması zamanı edilmiş səhvləri düzəltmək gərəkdir”- deyə ermənipərəsət politoloq bildirib.  
 
M.Demurin Rusiyanın Qərbə qarşı daha aqressiv siyasətə keçməli olduğunu vurğulayıb:
 
“ATƏT kimi bütün digər beynəlxalq təşkilatlar da hazırda Qərb tərəfindən idarə olunur. Biz onların üzərində nəzarətimizi bərpa edə bilmək imkanına malik deyilik.  Qərblə qarşıdurma uzunmüddətli bir məsələdir; heç kəsi sözlə bir şeyə razı salmaq olmaz. Deməli,   daha da fəal  toparlanmaq lazımdır. Ona-buna qucaq açmağın, açıq-aydın düşmən olanlarla əməkdaşlıq etmək arzusunun  heç bir köməyi yoxdur...”
 
“Mövcud beynəlxalq sistem dağılır. Yenisi isə  bir qarşıdurma anında ölkəmizin nə qədər güclü olacağına əsaslanan yeni müqavilələr nəticəsində yaradılacaqdır. Rusiya bu anda nə qədər az düyünlərlə  bağlı olacaqsa, o qədər yaxşı olacaq.  Ümumavropa təşkilatlarından  nə qədər çox uzaq olacağıqsa, onların dağıntıları bizi bir o qədər az zədələyəcək...”-deyə Rusiya analitiki Qərb dəyərləri üzərində qurulmuş sistemlərin tezliklə çokəcəyini iddia edib.
 
P.S. Qorxuruq, bu gedişlə Çar Rusiyası dağılanda, sovet-sosialist sistemi çökəndə ermənilərin ölkəmizdən ya “könüllü”, ya zorla torpaq aldıqları kimi, dermokratik Qərb sistemi söküləndə də düşmənlər yenə bizdən nəsə qoparsın...
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı