Putin yenə təhqir edildi - Bu dəfə ukraynalı - VİDEO | Eurasia Diary - ednews.net

6 Dekabr, Cümə


Putin yenə təhqir edildi - Bu dəfə ukraynalı - VİDEO

Siyasət A- A A+

Ukraynanın "24-cü kanalı"nın jurnalisti Artyom Ovdiyenko Rustavi-2 televiziyasının aparıcısı Georgi Qabuniyaya dəstək məqsədiylə Rusiya Prezidenti Vladimir Putini təhqir edib.

Eurasia Diary xəbər verir ki, Ovdiyenko özünün müraciət videosunu Feysbuk səhifəsində paylaşıb. Müraciətində Putini bir neçə dəfə təhqir edən jurnalist onun Gürcüstan, Ukrayna və Moldovadan uzaq olmasını istəyib. O, Putindən öz ölkəsiylə maraqlanmasını tələb edib.

Qeyd edək ki, Qabuniya bundan öncə Putini canlı efirdə müxtəlif söyüşlərlə təhqir etmişdi. Onun bu addımı etirazlara səbəb olmuş, daha sonra isə Qabuniya 2 aylıq efirdən uzaqlaşdırılmışdı. Rusiya isə Gürcüstana bunun qarşılığında sanksiyalar tətbiq etməkdən imtina etmişdi.

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...