"İşğal olunmuş dövləti işğalçının ayağına vermək biabırçılıqdır” Deputatlar Konqresin qərarını şərh etdi

Siyasət 18:00 16.07.2019

ABŞ Konqresi son günlər erməni diasporuna yaxınlığı ilə tanınan konqresmenlərin təsiri ilə Qarabağ münaqişəsinə aid 2 düzəliş qəbul edib. Verilən qərarlar ABŞ-ın Azərbaycana silah satmasına məhdudiyyətlər qoyur və Qarabağda münaqişə zonasında atəşkəs rejiminin pozulmasını fiksasiya edəcək lokatorların quraşdırılmasını nəzərdə tutur.

Milli Məclisin deputatı Rasim Musabəyov Modern.az-a açıqlamasında Konqresdə Azərbaycana qarşı verilən qərarların cəfəngdən ibarət olduğunu bildirdi.

“Təəssüflər olsun ki, Konqresdə bəzən səsvermədə məntiqə sığmayan qərarlar verirlər. Ümumiyyətlə Azərbaycana ABŞ silah satmır ki, o silaha qadağa qoysun. İkincisi, bizim erməni təyyarələrini vurmaq üçün “xirtdəyə qədər” S-300-dən tutmuş, İsrailin çox müasir sistemlərinə qədər silahımız var. Yəni bizim ermənilərin havada fəaliyyətini kəsmək üçün ABŞ-dan nə isə almağa heç bir ehtiyacımız yoxdur. Sadəcə olaraq ermənilərin “xoşuna gəlmək” üçün cəfəng qərarlar verirlər. O ki, qaldı lakatorlara – onları Azərbaycan ərazisində Azərbaycandan icazə almadan yerləşdirəcəklər? Və bu da cəfəng bir qərardı. Faktiki olaraq, ABŞ heç bir xərc çəkmədən erməni lobbisinə qucaq açır".

Deputat ABŞ-ın Ermənustana maliyyə yardımını artırmasına da toxunub:

“Orda ayrı təklif də var idi. Amerikanın Ermənistana maliyyə yardımını 45 milyon dollar artırması ilə bağlı məsələ də danışılmışdı. Bunun da arxasında nəsə durur. Amma hazırda Trump adminstrasiyası bütün bu yardımları kəsib. Hələ heç bir təminat yoxdur ki, bu təklif büdcədə qalacaq. Ələxsus da yardım köçəndə bunun Ağ Ev adminstrasiya tərəfindən həyata keçirilməsi məsələsi var. Qarabağ separatçılarına da 5 milyon dollar vəsait ayrılırdı lakin dövlət departamenti tərəfindən vəsaitin xərclənməsinə yasaq qoyuldu. Ona görə Konqresin bu qərarını çox da şişirməyə dəyməz. Ermənilər də bu mövzunu danışıb görəcəklər ki, bu olduqca “bekar” söhbətlərdir".

Deputat Araz Əlizadə isə açıqlamasında bildirdi ki, ABŞ Azərbaycanın heç vaxt dostu olmayıb və olmayacaq:

“ABŞ ümumiyyətlə heç kəslə dost deyil, ancaq öz maraqlarını güdür. O ki, qaldı ermənilərə, ABŞ konqresində 2 milyon yarım mütəşəkkil erməni diaspor qüvvəsi var. Nə demokrat, nə respublikaçılar, nə Trumpı ABŞ-da itirmək istəmirlər. Belə deyək, adətən “it quyrğu ilə oynayar”, burda isə “quyruq it ilə oynayır”. Bu həm də bizim Azərbaycandakı amerikapərəst qüvvələrə yaxşı bir mesajdır ki, əzizlərim, “heç vaxt Roma papasından çox katolik ola bilməyəcəksiz”. Yəni qanınızı da, canınızı da satsanız, siz yenə də Amerika üçün heç nə olacaqsız, necə ki, varsız”.

Deputat Fazil Mustafa qeyd edib ki, bu birbaşa erməni lobbiləri tərəfindən Amerika Konqresində Azərbaycana qoyulan məhdudiyyətdir:

“Əvvəllər, Azərbaycana başqa məhdudiyyətlər də qoyulmuşdu, amma onun da bir effekti olmamışdı. Mənim fikrimcə, Azərbaycan öz yoluna baxmalıdır. Əslində ABŞ-ın dövlət siyasətinə istənilən ünsürlər təsir göstərə bilirlər, öz maraqlarını Amerika adından gerçəkləşdirə bilirlər. Ona görə də bu bizi çox narahat eləmir. Və biz onsuz da öz hüquqlarımızın, işğalda olan torpaqlarımızın azad olunması və müdafiəsi istiqamətində addımlarımızı özümüz atırıq. Ona görə də bunun elə bir effekti olacağını düşünmürəm. Bu yanlış siyasətdir və düşünürəm ki, Amerika adına utancverici bir addımdır. Çünki işğal olunmuş dövləti işğalçının ayağına vermək biabırçılıqdır”.

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Hamısı