İran və Ermənistan arasında hərbi əməkdaşlığa dair yayılmış xəbərlərlə bağlı - Səfirlikdən açıqlama | Eurasia Diary - ednews.net

20 Avqust, Çərşənbə axşamı


İran və Ermənistan arasında hərbi əməkdaşlığa dair yayılmış xəbərlərlə bağlı - Səfirlikdən açıqlama

Siyasət A- A A+

Son günlər Azərbaycan Respublikasının bəzi xəbər portallarında İranla Ermənistan arasında hərbi-texniki əməkdaşlığa dair yayılmış xəbərlər əsassızdır.

Eurasia Diary xəbər verir ki, bu barədə Trend-ə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyindən məlumat verilib.

Səfirlik iki dost və qonşu ölkə arasında inkişafda olan əməkdaşlığın zəruriliyi və qorunmasına təkid edərək bildirir ki, İran İslam Respublikası hər zaman Dağlıq Qarabağ münaqişəsinin dinc yolla və Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. Eyni halda regional sülh və sabitliyə xələl yetirə biləcək hər hansı bir addımı pisləyir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...