“Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcək” - İlham Əliyev | Eurasia Diary - ednews.net

20 Avqust, Çərşənbə axşamı


“Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcək” - İlham Əliyev

Siyasət A- A A+

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının yeni seçilmiş Prezidenti Şarl Mişelə təbrik məktubu göndərib.

Məktubda deyilir: “Ümidvaram ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da genişlənməsi, əməkdaşlığımızın hərtərəfli inkişafı və dərinləşməsi istiqamətində birgə səylər göstərəcəyik”.

Eurasia Diary xəbər verir ki, dövlətimizin başçısı Şarl Mişelə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul fəaliyyətində uğurlar diləyib.

Prezident İlham Əliyev Avropa Komissiyasının yeni seçilmiş Prezidenti Ursula Fon der Lyayenə də məktub ünvanlayıb.

Təbrik məktubunda Prezident İlham Əliyev inandığını bildirib ki, Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq qarşılıqlı maraqlarımıza uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcək.

Azərbaycan Prezidenti Avropa Komissiyasının yeni seçilmiş Prezidentinə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul işində uğurlar diləyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...