Azərbaycandakı Ukrayna vətəndaşlarının çoxu Vladimir Zelenskinin rəhbərlik etdiyi partiyasına səs verib | Eurasia Diary - ednews.net

23 Avqust, Cümə


Azərbaycandakı Ukrayna vətəndaşlarının çoxu Vladimir Zelenskinin rəhbərlik etdiyi partiyasına səs verib

Siyasət A- A A+

Ötən gün Ukraynada keçirilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində baş tutmuş səsvermə zamanı seçicilərin 42,35 faizi prezident Vladimir Zelenskinin rəhbərlik etdiyi “Xalqın Xidmətçisi” Partiyasına səs verib.

APA-nın Ukrayna Mərkəzi Seçki Komissiyasına istinadən verdiyi məlumata görə, səsvermədə ümumilikdə 85 seçici iştirak edib. Onlardan 36-sı hazırkı prezidentin rəhbərlik etdiyi partiyaya səs verib. 

Seçicilərin 27,5 faizi, yəni 23 seçici səslərini keçmiş prezident Pyotr Poroşenkonun sədrlik etdiyi “Avropa Həmrəyliyi” Partiyasının xeyrinə istifadə edib. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...