Bu günlərdə ermənilər 26 –cı ildir ki, işğal altında qalan Ağdam rayonunun Şahbulaq ərazisində yerləşən Pənahəli xanın qalasında elmi-tarixi jurnal təqdimatı həyata keçiriblər.
Eurasia Diary moderator.az-a istinadən xəbər verir ki, separatçı erməni nəşrlərinin yaydığı məlumata görə, “Tiqranakert tarixi-mədəni “dövlət” qoruğu” adlanmış qalada “Amazqain”(“Ümummilli”) adlı illik elmi jurnalın təqdimat mərasimi keçirilib. Ümummilli erməni maarif və mədəniyyət ittifaqının “Artsax” ofisinin eyni qurumun İrəvan şöbəsinin dəstəyi ilə baş tutan mərasimdə qondarma separatçı rejimin rəhbər məmurları, Ermənistanı və erməni lobbisini təmsil edən qonaqlar iştirak edib. Tədbir iştirakçıları üçün kiçik konsert də verilib.
Bundan əvvəl jurnalın təqdimatı Livanın paytaxtı Beyrutda keçirilib.
P.S. Bir zamanlar bizlərin yalnız daş karxanası kimi qazanc və ya gözəl havası, suyu olan səfalı yer kimi yeyib-içmək məkanı olaraq baş çəkdiyimiz Şahbulaqda indi ermənilər saxta olsa da, öz faydaları üçün elmi layihələrlə məşğuldurlar...