Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Azərbaycanın Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etməsi ilə bağlı bəyanat yayıb.
Eurasia Diary-nin xəbərinə görə, Şuranın rəsmi saytında yer alan bəyanatda bildirilib ki, Azərbaycan və Türkiyə arasında viza rejiminin ləğvi ikitərəfli ticarət əlaqələrini gücləndirməklə bərabər, turizmin, habelə kiçik və orta biznesin inkişafını təmin edəcək.
“Bu mühüm qərar münasibətilə iki qardaş ölkə olan Azərbaycan və Türkiyəni təbrik edirik. Azərbaycanın Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etməsi türk dilli dövlətlər arasında əməkdaşlığı daha da dərinləşdirəcək. Eyni zamanda məlum qərar türk dünyasının rifahını təmin etməyə yardım edəcək”, - bəyanatda qeyd olunub.