Məşhur estrada müğənnisi Filip Kirkorovun Bakıya “Jara” festivalına gəlməsi erməniləri əsəbləşdirib.
Eurasia Diary moderator.az-a istinadən xəbər verir ki, erməni mediasının ən qatı anti Azərbaycan mövqeyində duran jurnalistləri Kirkorovu qınayaraq onun Bakıya gəlməsini xəyanət adlandırıb və atasının erməni kökənli Bedros olduğunu xatırladıblar.
Kirkorovun Bakı küçələrində uşaqları ilə sakit gəzməsinin siyasət olduğunu, guya Bakıda ermənilərə sakit yanaşıldığı görüntüsü yaratmaq kimi dəyərləndirən erməni mediası futbolçu Mxitaryanı yada salıb, müğənniyə onun kimi hərəkət etməyin vacibliyini qeyd ediblər.
Ermənilər həmişəki kimi şantajçı xarakterlərinə sadiq qalıb, ortaya Rusiyanı da qatıb. Erməni kökənli Rusiya vətəndaşlarının Azərbaycana gəlişinə qoyulan məhdudiyyətlərlə bağlı Rusiya XİN-in Bakıya ünvanladığı etirazı xatırladan ermənilərin gəldiyi son qənaət belədir:
“Belə nəticə çıxarmaq olar ki, Kirkorovu Rusiya XİN-ə qarşı qoyublar, daha doğrusu xarici işlər naziri Sergey Lavrov-Kalantaryana”.