Azərbaycan tankçılarının yarımfinala yüksəldiyi “Beynəlxalq Ordu Oyunları"ndan REPORTAJ

Siyasət 18:11 08.08.2019

Rusiyada keçirilən “Beynəlxalq Ordu Oyunları – 2019” yarışlarının 5-ci günü arxada qalıb. Rusiya Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən bu yarışlarda Azərbaycan hərbçiləri də iştirak edirlər. Yarışlar çərçivəsində müxtəlif müsabiqələrə qatılan hərbçilərimiz artıq bir sıra uğurlara imza atıblar. 

Eurasia Diary xəbər verir ki, Rusiya da daxil olmaqla, 10 ölkədə keçirilən “Beynəlxalq Ordu Oyunları – 2019” yarışlarında iştirak edən Azərbaycan hərbçiləri “Dəniz Kuboku”, “Tank biatlonu”, “Səhra mətbəxi” və digər müsabiqələrdə iştirak edirlər. 

Alabino poliqonu - Rusiyanın ən böyük hərbi obyektlərindən biri 

Vaxtı ilə Sovet İttifaqının, daha sonra isə Rusiyanın ən məşhur hərbi hissələrindən biri olan Moskva vilayətinin Kubinka rayonunda yerləşən Alabino poliqonunda keçirilən yarışlara maraq böyükdür. Yarışların keçirildiyi hərbi hissə ərazisinə görə Rusiyanın ən böyük hərbi obyektlərindən sayılır.  

Burada yerləşən “Patriot-Ekspo” Konqres Sərgi Mərkəzində yarışlarda iştirak edən ölkələrin stendləri quraşdırılıb. Sərgi mərkəzində ən maraqlı stendlərindən biri məhz Azərbaycana məxsusdur. Azərbaycanın hərb tarixi, mədəniyyəti, adət-ənənələri barədə ətraflı məlumatların yerləşdirildiyi stend yerli və xarici qonaqların marağına səbəb olub.  

Azərbaycan Müdafiə Nazirliyi Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin idarə rəisi, general-mayor Ənvər Əfəndiyev APA-ya açıqlamasında yarışların təsis olunduğu ilk gündən Azərbaycan hərbçilərinin “Beynəlxalq Ordu Oyunları”na qatıldığını bildirib: “Artıq beşinci dəfədir ki, bu yarışlarda iştirak edirik. “Tank biatlonu”, “Artileriya atəşinin ustaları”, “Səhra mətbəxi”, “Hərbi-tibbi estafet”, “Snayper həddi”, “Dəniz kuboku” kimi müsabiqələrdə hərbçilərimizin iştirakı uğurla davam edir. Artıq hərbçilərimiz bır sıra müsabiqələrdə növbəti mərhələyə adlayıblar”. 

“Beynəlxalq Ordu Oyunları”nın ən aparıcı müsabiqələrindən biri “Tank biatlonu”dur. Onlarla ölkənin iştirak etdiyi bu müsabiqədə Azərbaycan tankçıları da özlərini sınayırlar. Alabino poliqonunda baş tutan bu yarışda tankçılarımız iki qrupda mübarizə aparırlar. Birinci və ikinci divizionda mübarizə aparan tankçılarımız artıq uğura imza ataraq yarımfinala vəsiqə qazanıblar. Bu gün “Tank biatlonu”nun birinci və ikinci divizionunun yarım final estafetinin püşkatması keçiriləcək və Azərbaycan tankçılarının rəqibləri bəlli olacaq. 

Azərbaycan hərbçilərinin uğurla iştirak etdiyi müsabiqələrdən biri də “Səhra mətbəxi”dir. “Beynəlxalq Ordu Oyunları”nın maraqla izlənildiyi müsabiqələrindən olan "Səhra mətbəxi" öz spesifik xüsusiyyətləri ilə seçilir. Belə ki, hərbçilərə verilən ərzaqlarla onlar müəyyən olunmuş vaxt ərzində müxtəlif yeməklər hazırlayaraq, münsiflər heyətinə təqdim etməlidirlər. Hərbçi aşpazlarımız eyni qrupda yer aldıqları Qazaxıstan və Monqolustanı qabaqlayaraq, bu müsabiqənin ikinci mərhələsinin qalibi olublar.  

Ümumiyyətlə Azərbaycan mətbəxinə “Beynəlxalq Ordu Oyunları – 2019” yarışları çərçivəsində keçirilən sərgidə böyük maraq var. Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov Azərbaycan mətbəxinin nümayiş olunduğu stendə baş çəkib. Rusiyalı generallara Azərbaycan mətbəxinin ləziz nümunələri təqdim olunub.  

Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin arxa cəbhə idarəsinin ərzaq xidmətinin məsləhətçi mühəndisi polkovnik-leytenant Vaqif Musayev Azərbaycan mətbəxi ilə bağlı Sergey Şoyqunu məlumatlandırıb. V. Musayev APA-ya açıqlamasında Azərbaycan stendində nümayiş olunan milli mətbəximizin nümunələrinin S. Şoyqu və V. Gerasimovun böyük marağına səbəb olduğunu qeyd edib. Onun sözlərinə görə, V. Gerasimov Azərbaycan dolmasından dadıb. S. Şoyqu Azərbaycan şirniyyatlarına maraq göstərib. Rusiya Müdafiə nazirinə paxlava hədiyyə olunub.  

Qeyd edək ki, “Beynəlxalq Ordu Oyunları – 2019” yarışları avqustun 17-dək davam edəcək.

İlham Əliyev: "Onlar bu torpaqları ermənilərə vəd vermişdilər" - VİDEO

Xəbər xətti

Azərbaycanın 4 parakarateçisi Avropa çempionatının finalına vəsiqə qazanıb
01:00 11.05.2024
"Kəpəz"in baş məşqçisi: Gələcək oyunlar üçün dərs çıxarmalıyıq
00:11 11.05.2024
Londonda Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib
23:46 10.05.2024
Ermənistanı silahlandıranlara XƏBƏRDARLIQ: "Bizdən heç kəs inciməsin" - VİDEO
23:31 10.05.2024
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
23:23 10.05.2024
Pakistanın Baş naziri COP29-a dəvət olunub
23:23 10.05.2024
İlham Əliyev: "Onlar bu torpaqları ermənilərə vəd vermişdilər" - VİDEO
23:11 10.05.2024
Azərbaycan cüdoçuları Avropa Kata turnirində iştirak edəcək
23:00 10.05.2024
Bayden Ukraynaya 400 milyon dollarlıq hərbi yardımla bağlı əmr imzalayıb
22:45 10.05.2024
Ukrayna ilk F-16-ları yayda alacaq
22:24 10.05.2024
Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB
22:11 10.05.2024
Lukaşenko Silahlı Qüvvələrin Baş Qərargah rəisini vəzifəsindən azad edib
22:00 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - YENİLƏNİB
21:56 10.05.2024
Mamayı məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:49 10.05.2024
Azərbaycanın qadın güləşçisi üçün olimpiadaya lisenziya şansı davam edir
21:40 10.05.2024
Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:30 10.05.2024
Daşkəsənə dolu düşüb
21:22 10.05.2024
BMT Fələstinin üzvlüyünün dəstəklənməsi üçün qətnamə qəbul edib - YENİLƏNİB
21:00 10.05.2024
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar bəlli olub
20:44 10.05.2024
Putin Mişustini Baş nazir təyin edib
20:20 10.05.2024
Ombudsman BMT-nin komitə üzvünü bölgədəki vəziyyət barədə məlumatlandırıb
20:00 10.05.2024
Gürcüstan parlamentinin sədri Tbilisidə avropalı nümayəndələrlə görüşməyəcək
19:50 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - YENİLƏNİB
19:34 10.05.2024
Azərbaycanlı gənc yazıçı vəfat etdi
19:16 10.05.2024
FHN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
19:00 10.05.2024
Ağdam Sənaye Parkına 195 milyon manat investisiya yatırılması nəzərdə tutulur -YENİLƏNİB
18:50 10.05.2024
Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıb - YENİLƏNİB-2
18:37 10.05.2024
Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb
18:20 10.05.2024
Prezident: Fransanın Ermənistana verdiyi öldürücü silahlar kritik həddə çatsa, onda bizdən heç kim inciməsin
18:11 10.05.2024
Mixail Mişustin yenidən Rusiyanın Baş naziri oldu
17:43 10.05.2024
İlham Əliyevin Laçına səfərindən səmimi görüntülər - VİDEO
17:29 10.05.2024
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
17:24 10.05.2024
İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoydu
17:10 10.05.2024
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
17:09 10.05.2024
Baydendən Çinə iqtisadi ZƏRBƏ
Baydendən Çinə iqtisadi ZƏRBƏ
16:54 10.05.2024
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
16:38 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış oldu
16:32 10.05.2024
Prezident və Birinci xanım Şuşaya köçmüş ilk sakinlərlə GÖRÜŞDÜ
16:19 10.05.2024
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
16:11 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında
16:06 10.05.2024
Hamısı