Avqustun 20-26-da Azərbaycanın 27-ci ildir ki, işğal altında qalan Şuşa şəhərində erməni gənclərin “Qələbə-2019” forumu keçiriləcək.
Eurasia Diary xəbər verir ki, separatçı nəşrlərin yaydığı məlumata görə, Ermənistan, Qarabağ və diaspordan 200-dək dığa və axçiyin qatılacağı forumda məqsəd erməni gənclərə qələbə ruhu aşılamaq və bu ideya ətrafındakı birliyi möhkəmləndirməkdir.
Tədbir çərçivəsində idman, mədəniyyət və intellektual mövzularda yarışlar keçiriləcək, gənclərin 1-ci Qarabağ və Aprel savaşı veteranları ilə görüşləri təşkil ediləcək. Forumun rəmzlərindən biri kimi “Kişilik xaçı” medalının lenti formasında bayraq hazırlanıb. Bayrağa ilk olaraq gənclərin forumuna dəstək verən Qarabağın keşişi Parqev Martirosyan və “meşə tülküsü” ləqəbli, Şuşanın işğalına başçılıq etmiş hay generalı Arkadi Tadevosyan imza atıblar. (moderator.az)