Ermənilər Qarabağ meşələrini kütləvi qırır - FOTOFAKT | Eurasia Diary - ednews.net

22 Avqust, Cümə axşamı


Ermənilər Qarabağ meşələrini kütləvi qırır - FOTOFAKT

Siyasət A- A A+

Ermənilər Qarabağı talamaqda davam edir.

Eurasia Diary Ermənistan KİV-nə istinadən xəbər verir ki, “Azərkosmos”un işğal altındakı torpaqlarda təbii sərvətləri taladığını sübuta yetirən peyk görüntülərinin ardınca, ermənilər özləri də bu faktları təsdiqləyiblər.

Erməni blogerlərdən biri Qarabağı Ermənistana birləşdirən Vardenis-Ağdərə yolunda odun daşıyan yük maşınını görüntüləyib. Bloger Qarabağda ağacların kütləvi şəkildə qırıldığını bəyan edib.

Onun sözlərinə görə, işğal altındakı Azərbaycan torplaqlarında meşələrin qorunmasını tənzimləyən heç bir hüquq akt olmadığı üçün bu sahədə özbaşnalıq hökm sürür.(modern.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...